Rusiyalı qapıçı Matvey Safonov PSJ-dən ayrıla bilər.
İdman.Biz-in "L'Équipe" qəzetinə istinadən məlumatına görə, parislilər İtaliyanın "Parma" klubundan Yaponiya millisinin qapıçısı Zion Suzukini 35 milyon avroya transfer etməyi planlaşdırırlar və onun gəlişi komandanın qapıçı iyerarxiyasını dəyişə bilər.
Mənbənin məlumatına görə, PSJ-nin Suzukini transfer edib dərhal onu qapıçı ilə maraqlanan "Yuventus"a icarəyə vermək variantı var.
Bundan sonra, mövcud vəziyyəti nəzərə alsaq, ya fransız Lukas Şevalye, ya da gələn mövsüm heyətdəki yer uğrunda rəqabətin necə inkişaf edəcəyindən və nəticədən asılı olaraq Matvey Safonov artıq komandanın bir hissəsi olmaya bilər.