Kanada millisinin futbolçusu Marselo Flores DÇ-2026-nı buraxacaq. Sport24.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin öz çarpaz bağları qopub və mundialdan kənar qalacaq.
Flores sosial şəbəkə hesabında bunları yazıb:
"Bağışlayın, hələ heç kimə cavab verə bilməmişəm, hazırda çox çətin günlər keçirirəm. Ön çarpaz bağım qopub. Mənə göndərdiyiniz bütün mesajlara və dəstəyə görə hər kəsə təşəkkür edirəm. Daha güclü qayıdacağam".
Qeyd edək ki, Flores bu ilin martında yığmada debüt edib. Kanada millisi D qrupunda Bosniya və Herseqovina, Qətər və İsveçrə ilə mübarizə aparacaq.