top
Marko Yankoviç: Oyun əlavə vaxta getmədi, məsələ bununla da bitdi Idman.biz
05 mart 2026, 11:57
- +

Marko Yankoviç: "Oyun əlavə vaxta getmədi, məsələ bununla da bitdi"

"Oyun əlavə vaxta getmədi. Əsas olan budur".

Bunu "Qarabağ"ın monteneqrolu futbolçusu Marko Yankoviç sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Şamaxı"nı 3:1 hesabı ilə üstələdiniz. Matç haqqında nə deyə bilərsiniz?

- ⁠Həqiqətən yaxşı qarşılaşma oldu. Oyuna çox yaxşı başladıq. Sonra müəyyən problemlər yaşadıq, amma ən vacib odur ki, ikinci hissəyə də yenə yaxşı start verdik və oyuna nəzarəti ələ aldıq. Düşünürəm ki, qələbəyə layiq idik. Komandamı bu münasibətlə təbrik edirəm.

- İlk qolu siz vursanız da, qapınızda top gördünüz. Bu proses növbəti dəqiqələrdə üzərinizdə təzyiq yaratdı?

- Xeyr. Bu, normaldır, futbolda belə hallar olur. Görürsünüz ki, nə qədər çox oyun keçiririk. Ona görə də bu, təbiidir. Sadəcə çalışmalıyıq ki, belə qollar buraxmayaq və gələcəkdə daha da yaxşı olaq.

- Son dəqiqədə rəqib penaltidən yararlana bilmədi. Həmin an əlavə vaxt haqqında düşündünüz?

- Oyun əlavə vaxta getmədi. Əsas olan budur. Rəqib futbolçu penaltini qaçırdı və məsələ bununla da bitdi. Əgər o, qol vursaydı, əlavə vaxt oynayacaqdıq və yenə qələbə üçün mübarizə aparacaqdıq. Bu barədə başqa nə deyə bilərəm?

- Yarımfinalda hansı komanda ilə üz-üzə gəlmək istərdiniz? "Qəbələ", yoxsa "Sabah"?

- Bu iki kollektivdən biri rəqibimiz olacaq. Birlikdə görəcəyik. Kubok xüsusi yarışdır və hansı komanda ilə qarşılaşsaq, çətin olacaq. Hər kəs kuboku qazanmaq istəyir. Amma hazırda bizim üçün ən vacibi çempionatda növbəti oyundur. Çünki liderdən (red: "Sabah") bir neçə xal geri qalırıq. İndi diqqətimiz tam olaraq buna yönəlib. Addım-addım, oyundan-oyuna irəliləyəcəyik.

- Hazırda "Qarabağ" həm Azərbaycan Kubokunda, həm də Premyer Liqada mübarizə aparır. Hədəf hər iki turnirdə çempion olmaqdır?

- Əlbəttə. Məhz bunun üçün çalışırıq. Nəticəmizə mövsümün sonunda baxacağıq. Hələ qarşıda çox oyun var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 11:34

Nazim Umbayev Bakıda keçiriləcək cüdo dünya çempionatının hakimi seçildi

Futbol
Bu gün, 11:16

Qadınlar Super Liqası 2026/2027 püşkatması: ilk tur cütlükləri və oyun tarixləri açıqlanıb

Boks
Bu gün, 11:09

Avropa çempionatının 1/4 finalında Azərbaycan üç boksçusunun rəqibləri müəyyənləşdi

Basketbol
Bu gün, 10:44

“Sumqayıt” basketbol komandası iki ABŞlı oyunçunu rəsmi olaraq transfer etdi

Qarabağ FK
Bu gün, 10:26

“Neftçi” 1000-ci oyununu Qəbələyə 3:0 qalib gələrək 550-ci qələbəsi ilə qeyd etdi

Futbol
Bu gün, 03:37

“Bavariya” prezidenti: “Lamin Yamal yaxşıdır, amma Harri Keyn Ballon d'Or-ə layiqdir”

Futbol
Bu gün, 02:40

Barselona 18 yaşlı Alman futbolçu Lennart Karlı izləyir – qiyməti 100 milyon avro

Futbol
Bu gün, 01:32

Zamiq Əliyev “Eqnatiya”nın 2:1 qələbəsində mühüm rol oynadı

Futbol
Dünən, 22:21

“Kəpəz”in baş məşqçisi: “Qalibiyyət üçün son nöqtəni qoymaqda çətinlik var, hələ də işlənməsi lazım olan məqamlar mövcuddur”

Futbol
Dünən, 22:13

Sumqayıt baş məşqçisi Kəpəzlə oyunda tribundan gələn səs-küyü “futbola qarşı hörmətsizlik” adlandırdı

Boks
Dünən, 21:56

Şamaxıda Azərbaycan və Əlcəzair boks komandaları 10 günlük təlim‑məşq toplanışına başladı

Futbol
Dünən, 21:37

Filipe Kandido: Premyer Liqanın inkişafı üçün futbola hörmət vacibdir

Şahmat
Dünən, 21:10

Azərbaycan şahmat komandası Romaniya ilə 2:2 barabərlik, Serbiya üzərində 3:1 qələbə qazandı

Futbol
Dünən, 20:25

Paskal Qross Almaniya millisindən ayrıldı

Futbol
Dünən, 19:21

“Araz‑Naxçıvan” baş məşqçisi Zaur İsmayılov məğlubiyyətin müdafiə səhvləri və penaltilərlə bağlı olduğunu açıqladı

Qarabağ FK
Dünən, 18:45

"Müdafiədəki kobud səhvlər və penaltılar barədə Zaur İsmayılovun açıqlamaları"

Boks
Dünən, 10:32

Boksçumuz Avropa çempionatının 1/8 finalında Ermənistan təmsilçisini məğlub edərək 1/4 finala yüksəldi

Futbol
Dünən, 10:09

Xabi Alonso “Çelsi”də beş oyunlu dövrdə ən az iki qol buraxma rekordunu yenilədi

Futbol
Dünən, 09:30

Argentina millisinin iki oyunçusu yaralanıb

Futbol
Dünən, 00:05

Sabah – İmişli matçının 3:1 qalibiyyəti (video icmalı)

Futbol
19 sentyabr 2026, 23:50

Salahın hət-triki ilə Trabzonspor, Galatasarayı 4-0 məğlub etdi

Futbol
19 sentyabr 2026, 22:03

Gəncədə Kəpəz ilə Sumqayıt matçına 7000 bilet satılıb

Futbol
19 sentyabr 2026, 21:57

Turan Tovuz Zira qarşısında 1-0 qalib gəldi - Video icmal

Basketbol
19 sentyabr 2026, 21:53

“Gəncə” basketbol komandası “Neftçi” qarşısında 87:103 hesabı ilə məğlub oldu

Oxşar xəbərlər