top
Mark Tamaş: Hakimlər hər ölkədə eynidir, Neftçidəki xatirələrim yalnız xoşdur Idman.biz
05 mart 2026, 13:35
- ↺ +

Mark Tamaş: Hakimlər hər ölkədə eynidir, "Neftçi"dəki xatirələrim yalnız xoşdur

"Hakimlər hər ölkədə eynidir. Onlar da səhv edirlər. Bəzən bu səhvlər həddindən artıq çox olur, xüsusən də böyük komandaların oyunlarında belə hallara rast gəlinir".

Bunu "Neftçi"nin sabiq futbolçusu Mark Tamaş futbolinfo.az-a müsahibəsində deyib.

31 yaşlı müdafiəçi 2023-cü ilin yayından 2025-ci ilin yanvarınadək Azərbaycanda çıxış etdiyi dövr və bir sıra digər məsələlər barədə danışıb.

Həmin müsahibəni təqdim edirik.

– Hazırda "Diosgyor"da karyeranız necə davam edir?

– Hər şey qaydasındadır. Hazırda öz vətənimdə – Macarıstanda çıxış edirəm. Buna görə xoşbəxtəm.

– "Neftçi"nin oyunlarını izləmək imkanınız olurmu?

– Oyunları mütəmadi izləyə bilmirəm, amma nəticələrdən xəbərdaram. İndi bəzi matçlarda qalib gəldiklərini görmək məni sevindirir. Son oyunlarda məğlub olmurlar. Bilirəm ki, bir çox dəyişikliklər baş verib. Hər şey belə davam etsə, istəklərinə çatacaqlarına inanıram.

– Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında komanda 7 oyundur ki, məğlub olmur. Sizcə, o, indiki heyətlə "Neftçi"ni avrokuboklara apara bilərmi?

– Niyə də yox? Bunun üçün mübarizə aparmaq lazımdır. Futbolda hər şey mümkündür.

– Komandada Vensan Abubakar kimi tanınmış oyunçular var. Hazırkı heyəti öz dövründəki "Neftçi" ilə necə müqayisə edərdiniz?

– Hesab edirəm ki, bizim vaxtımızda da çox güclü heyət var idi. 2023/2024 mövsümündə az qala mövsümü ikinci pillədə başa vuracaqdıq. Lakin son turda "Sabah"a uduzduğumuz üçün çempionatı 5-ci yerdə tamamladıq. Belə olduğundan avrokuboklara vəsiqə əldə etmək istəyimiz baş tutmadı.

– Son vaxtlar "Neftçi" hakim qərarları ilə bağlı problemlərlə üzləşir. Macarıstanda da hakimliklə bağlı narazılıqlar mövcuddur?

– Hakimlər hər ölkədə eynidir. Onlar da səhv edirlər. Bəzən bu səhvlər həddindən artıq çox olur, xüsusən də böyük komandaların oyunlarında belə hallara rast gəlinir. Səbəbini açıq deyə bilmərəm. Bu barədə çox düşünmürəm.

– "Neftçi"dən hələ də əlaqə saxladığınız kimsə var?

– Heyətdən çox sayda oyunçu ilə əlaqəm yoxdur, çünki komanda demək olar ki, tamamilə yenilənib. Amma klubda çalışan bəzi insanlarla vaxtaşırı danışıram.

– Bu mövsüm "Sabah" "Qarabağ"la yanaşı əsas çempionluq namizədlərindən biri hesab olunur. Sizcə, bu mümkündür?

– Düşünürəm ki, bu il "Sabah" Premyer Liqanın çempionu olacaq.

– Azərbaycanla bağlı hansı xatirələriniz var?

– Yalnız xoş xatirələrim var. Həm Bakını, həm də oradakı insanları çox sevirəm!

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Oxşar xəbərlər