top
Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video Idman.biz
11 oktyabr 2026, 21:26
- ↺ +

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

İngiltərənin "Mançester Siti" futbol komandası Premyer Liqanın altıncı turunda səfərdə "Liverpul"u böyük hesabla məğlub edib.

İdman.Biz xəbər verir ki, "Enfild" stadionunda keçirilən qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə komandalar hesabı aça bilməyiblər. Görüşün taleyini isə ikinci hissədə baş verən hadisələr müəyyənləşdirib.

Matçın 62-ci dəqiqəsində "Liverpul"un yarımmüdafiəçisi Rayan Qravenberx birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Say üstünlüyü əldə edən "Mançester Siti" üç dəqiqə sonra Erlinq Holandın qolu ilə hesabı açıb. 68-ci dəqiqədə Jeremi Doku fərqi iki topa çatdırıb. Görüşün 78-ci dəqiqəsində isə Rayan Çerki üçüncü qolu vuraraq yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra "Mançester Siti" xallarının sayını 18-ə çatdıraraq İngiltərə Premyer Liqasının turnir cədvəlində liderliyə yüksəlib. Doqquz xalı olan "Liverpul" isə doqquzuncu pillədə qərarlaşıb.

Növbəti turda oktyabrın 17-də "Mançester Siti" "İpsviç Taun"la, "Liverpul" isə "Brentford"la qarşılaşacaq.

19:29

İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün altıncı turunda "Kristal Palas" "Nottinqem Forest" futbol komandaları qarşılaşıblar.

İdman.Biz xəbər verir ki, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı üçüncü dəqiqədə qonaqların futbolçusu Dan Ndoy açıb. 41-ci dəqiqədə Daiçi Kamada bərabərliyi bərpa edib. İlk hissəyə əlavə olunan dördüncü dəqiqədə Cefferson Lerma "Kristal Palas"ı hesabda önə çıxarıb. 59-cu dəqiqədə isə Yeremi Pino görüşün yekun nəticəsini müəyyənləşdirib.

Bu qələbədən sonra "Kristal Palas" yeddi xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. Beş xalı olan "Nottinqem Forest" isə 14-cü yerdədir.

Paralel keçirilən digər qarşılaşmada "Hall Siti" və "Everton" komandaları arasında dörd qol vurulub. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:11

Mançester Yunaytedin keçmiş futbolçusu Pol İns yeni məşqçini sərt tənqid etdi: 46 ötürmə etdilər, topa toxunmadıq

Futbol
Bu gün, 19:59

Carles Puyol peşəkar futbola qayıdaraq Inter Escaldes klubunda beynəlxalq əlaqələr üzrə direktor oldu

Futbol
Bu gün, 19:52

Barselona, 19 yaşlı Xavi Espartla 2030-cu ilə qədər müqavilə imzaladı

Futbol
Bu gün, 19:37

Flik Barselonadan əlavə müdafiəçi transferi tələb etdi

Futbol
Bu gün, 19:28

İstanbul klubu Fənərbağçanın transferi üçün 35 milyon avro tələb edir

Futbol
Bu gün, 19:13

Yevlaxda 2-2 nəticəli 'İmişli' vs 'Zirə' matçı videonu izləyin

Futbol
Bu gün, 19:07

Porno ulduzun reklam kampaniyasından sonra klub sponsoru ilə əməkdaşlığı bağladı

Futbol
Bu gün, 19:07

Liverpulun baş məşqçisi Soboslai'nin oyun üçün hazır olduğunu bildirdi

Futbol
Bu gün, 18:51

Mourinyo Real Madrid-in Selta ilə oyun öncəsi xəbərdarlıq etdi

Futbol
Bu gün, 18:29

Rəşad Sadıqov: Hakim qərarları ‘qəribə hadisələrə səbəb olur’

Futbol
Bu gün, 18:20

FIFA anonim şikayət kanalı vasitəsilə oyun və qayda pozuntularını nəzarətdə saxlayır

Futbol
Bu gün, 18:16

U-20 Azərbaycan komandası İraqa qarşı 2:1 qalib gəldi

Şahmat
Bu gün, 18:00

Azərbaycan polis komandası "Arlan Chess Cup 2026" beynəlxalq şahmat turnirinin qalibi oldu

Futbol
Bu gün, 17:51

UFA prezidenti Şevçenko, Mudrikin dopinq ittihamlarını böhtan olaraq qiymətləndirir

Cüdo
Bu gün, 17:30

İlham Zəkiyev Misir İsgəndəriyyə şəhərində Qran-pridə iştirak edəcək

Futbol
Bu gün, 17:25

AFFA qadın məşqçilər üçün UEFA C kursunu başladı

Futbol
Bu gün, 17:15

İmişli baş məşqçisi: Milli komandaya potensial futbolçular var

Futbol
Bu gün, 17:11

Ervins Perkons: “0:2 geri düşsək də, İmişli xal qazanmağa layiq idi”

Futbol
Bu gün, 17:05

Rəşad Sadıqov: 2-0 üstünlüyündən sonra heç-heçə etməyi məyusedicidir

Futbol
Bu gün, 17:00

Emil Səfərov Neftçi təmsilçiliyində Qəbələye qayıtmaq istəyir

Futbol
Bu gün, 16:49

İngiltərə Milli Milli, Millətlər Liqası qalibi üçün əsas namizəd sayılır

Futbol
Bu gün, 16:40

Şahdağ Qusar və Gəncəbasar 0:0 bitişi

Futbol
Bu gün, 16:40

Niko Pas: Messi'nin milli takımdaki varisi

Futbol
Bu gün, 16:34

Federiko Valverde "Real Madrid"lə müqaviləsini 2031-ci ilə kimi uzadıb

Oxşar xəbərlər