"Mançester Siti" futbolçusu Jeremi Doku ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, belçikalı vingerlə anlaşmanın müddəti 2031-ci ilin yayına kimi artırılıb.
Doku 2023-cü ildən "Mançester Siti"nin formasını geyinir. O, "şəhərlilər"lə 88 oyunda 11 qola imza atıb.
Doku Belçika milli komandasının da üzvüdür. O, yığmada 48 oyunda 7 qol vurub.