"Mançester Siti" yarımmüdafiəçi Divayn Mukasa ilə müqavilənin uzadılmasını elan edib.
İdman.Biz-in məlumatına görə, 18 yaşlı futbolçunun yeni müqaviləsi 2030-cu ilin yayına qədərdir.
Mukasa 2023-cü ildə "Siti" akademiyasına qoşulub və tezliklə klubun ən perspektivli gənc oyunçularından birinə çevrilib. Gənclər və ehtiyat komandalarında uğurlu çıxışlarından sonra Pep Qvardiolanın rəhbərliyi altında əsas komandada debüt edib.
Ötən mövsüm yarımmüdafiəçi "Mançester Siti"nin əsas komandasında altı oyuna çıxıb. O, mövsümün ikinci yarısını icarə əsasında "Lester Siti"də keçirdi və orada 15 Çempionşip matçında iki qol vurdu və üç məhsuldar ötürmə etdi.
Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 5 milyon avrodur.