top
Maksim Medvedev Sabah 2 ilə oyunda baş verənlərdən danışdı: Hakimlərin qərarları qalmaqallara yol açır Idman.biz
24 mart 2026, 15:13
- ↺ +

Maksim Medvedev "Sabah 2" ilə oyunda baş verənlərdən danışdı: Hakimlərin qərarları qalmaqallara yol açır

"Oyunda hakimdən qaynaqlanan problemlər var idi. Çünki o, matçın əvvəlindən etibarən bizim əleyhimizə xırda follar verirdi. Səkkizinci dəqiqədə isə daha ciddi problem yaşandı və rəqib qol vurdu. Rəqibin vurduğu qoldan əvvəl həm yan hakim bayrağını qaldırdı, həm də baş hakim fit çaldı. Buna baxmayaraq rəqib topu qapıya göndərdi. Bundan sonra hakimlər öz aralarında müzakirə apardılar və belə qərar qəbul etdilər ki, qol hesaba alınsın. "YouTube"da bunun görüntüləri də mövcuddur. Bu cür oyunlarda daha yaxşı hakimlər təyin olunmalıdır. "Sabah 2" "Qarabağ 2" oynayır və rəqib çempionatın birincisidir. Buna baxmayaraq hakim bu cür səhvlər edir. Məncə, AFFA da bunu nəzərə alaraq, oyuna daha yaxşı hakim göndərməlidir".

Bunu "Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev deyib. O, Əvəzedicilər liqasının 21-ci turunda "Sabah 2"yə 2:1 hesabı ilə qalib gəldikləri oyunda baş verənlərdən danışıb.

M.Medvedev həmin matçın 43-cü dəqiqəsində komandasını meydandan çıxarmasına aydınlıq gətirib.

"Matçın 43-cü dəqiqəsində hesab 1:1 idi. Rəqib oyunçu künc zərbəsini ötürülən topa əllə toxunaraq qapıya göndərməyə çalışdı. Yəni Maradonasayağı qol vurmaq istədi. Hakim də həmin epizodu gördü və fol kimi dəyərləndirdi. Lakin bunun qarşılığında rəqib oyunçuya sarı vərəqə vermədi. Normalda belə epizodlar "sarı"dır. Bizim futbolçumuz Sami Mmae də hakimə irad bildirdi ki, "epizodu saxlamısan, buna sarı vərəqə verməlisən". Amma hakim əksinə Sami Mmaeyə sarı vərəqə verdi. Daha sonra isə o, hakimə rəqibə deyil, özünə sarı vərəqə verdiyinə görə təşəkkür etdi. Bundan sonra hakim ikinci sarı vərəqəni verdi və Samini meydandan qovdu.

Bizim də rəhbərliyimiz orada idi. Mən də onlara dedim ki, "bu, mümkün deyil, belə bir şey ola bilməz". Biz hər dəfə "Sabah"la oynayanda bu cür epizodlar olur, əleyhimizə qərarlar verilir. Bundan əvvəlki oyunda da bizim futbolçumuza qırmızı vərəqə verilmişdi. Hakim protokola qeyd etmişdi ki, "futbolçu mənə tüpürüb". Amma epizod "YouTube"da var, baxanda görünür ki, bizim oyunçumuz hakimdən 30 metr aralıdadır. Başa düşə bilmirəm, bir oyunçu necə 30 metrdən tüpürə bilər? Yəni, bu cür qərarlar qalmaqallara yol açır.

43-cü dəqiqədə Mmaeyə verilən qırmızı vərəqədən sonra dedim ki, rəqibə 3 xal lazımdırsa, meydandan çıxırıq, xal onların olsun. Paltardəyişmə otağına yollandıq. Komandamızın direktoru da gəldi və hakim-inspektor Ömər Paşayevə iradlar bildirildi.

Ö.Paşayev özü də idarəçilikdən şoka düşmüşdü, o da nə deyəcəyini bilmədi. Daha sonra direktorumuz gəldi, bizə bildirdi ki, "çıxıb oynayın". Biz də meydana çıxdıq, oynamağa başladıq. Künc zərbəsindən qol vurub 2:1 hesablı qalibiyyət əldə etdik. Normal haldır ki, oyundan sonra ara qarışdı, bəzi şeylər baş verdi. Paltardəyişmə otağına girəndə gördük ki, "Sabah"ın paltardəyişmə otağından səslər gəlir, orada dava olub, polislər də otağa daxil olublar. Kimsə stadionun şüşələrin sındırmışdı. Amma rəqibin paltardəyişmə otağında baş verənlərin bizə heç bir aidiyyəti yox idi", - deyə o, qafqazinfo.az-a açıqlamasında bildirib.

Məşqçi iki futbolçunun polis bölməsinə aparılması ilə bağlı yayılan xəbər barədə isə bunları deyib: "Məncə, onlar futbolçular deyildi, başqa adamlar idi. Kim olduqlarını bilmirəm. Amma oyunda və ondan sonra da ara qatan adamlar həmin şəxslər idi".

M.Medvedev əvəzedicilərin oyunlarında dəfələrlə bərbad hakim idarəçiliyi ilə üzləşdiklərini də sözlərinə əlavə edib:

"Ümumiyyətlə, bu, ilk dəfə baş verən hal deyil. Dəfələrlə belə hallar yaşanıb, amma bu əvəzedicilər komandasıdır. Biz futbolçuların inkişafını istəyirik, onlara nəsə qatmağa çalışırıq. Onsuz da burada nəticə qazanılsa da, bir şey dəyişməyəcək. Guya əvəzedicidə çempion olsaq, nə olacaq? Orada nə dəyişəcək ki?

Əvəzedicilərdə ən gənc komanda "Qarabağ"ın komandasıdır. 2007-2008-ci il təvəllüdlü futbolçulara şans veririk ki, təcrübə qazansınlar. Onlar milli komandaya kömək edirlər. Amma bu cür hakimliklə, bu cür qərarlarla onların inkişafına ziyan vurulur. AFFA-nın verəcəyi cəzaya da hazıram. Yəni nə dəyişəcək ki? Axı bu hakimləri kim necə təyin edir?! Bizim oyunlarda bu cür anlaşılmaz qərarlar verilir. Başa düşmürəm ki, məqsəd nədir? Bu gün milli komandaya ən çox futbolçu verən məhz "Qarabağ"dır.

Yəni istər bizim heyətimizdən, istər aşağı yaş qruplarından xeyli futbolçu milli komandalara çağrılır. Bu cür oyunçulara belə psixoloji zərbələr vurmaq olmaz. Meydanda əziyyət çəkirlər, çalışırlar ki, özlərini inkişaf elətdirsinlər, amma onlara qarşı belə hallar olur. Sonra mən özüm də futbolçuya nəsə deməkdən və hansısa bir tapşırıq verməkdən çəkinirəm.

Bu futbolçular meydanda baş qoyurlar, zədələnirlər. Amma əziyyətlərinin qarşılığı belə qərarlarla yerə vurulur və sonra da o futbolçunun psixoloji durumunu düzəltmək çətin məsələdir. Bu cür vəziyyətlə üzləşəndə onlar həvəsdən düşürlər. Dəfələrlə AFFA-ya şikayət etsək də, heç bir xeyri yoxdur.

Tüpürməyə görə cəzalandırılan oyunçuya görə gedib şikayət etdik, görüntülər verdik, amma min manat cərimə kəsdilər və dörd oyunluq diskvalifikasiya etdilər. Yəni, heç nə dəyişmədi. Maraqlıdır ki, bu cür hadisələr kritik anlarda baş verir. Yəni, adi oyunlarda çox yaxşı idarəçilik edirlər, kritik məqamlara çatanda isə bu cür anlaşılmaz qərarlar verirlər".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 22:09

Azərbaycan cüdo komandası Zaqrebdə Grand-Prixdə iştirak edəcək

Futbol
Bu gün, 21:59

İnfantino: Ronaldo'nun milli karyerası sona çatdı – “irsi qollardan daha böyük”

Futbol
Bu gün, 21:56

Kriştiano Ronaldo milli futbol karyerasını başa vurdu: "Bu 23 il üçün təşəkkür edirəm"

Qarabağ FK
Bu gün, 21:52

Bakıda Riçard Almeyda və keçmiş komanda yoldaşı Elvin Cəfərquliyev görüşdü - FOTO

Minifutbol
Bu gün, 21:44

Star Bakı minifutbol çempionatında 5:2 hesabla qalib gəldi

Digər
Bu gün, 21:36

Azərbaycan karateçiləri Batumi yarışına hazırlıq üçün görüş keçirdi

Futbol
Bu gün, 21:28

Real Madriddə oktyabr ayının ən yaxşı futbolçusu namizədləri müəyyənləşdirilib

Voleybol
Bu gün, 21:26

Bakı klubu "DH Volley" CEV Kubokunda Holte'yi 3:0 məğlub etdi

Cüdo
Bu gün, 21:14

Azərbaycan 14 cüdoçunu Zaqrebdəki Qran-Pri turnirində təqdim edəcək

Digər
Bu gün, 21:01

AMADA güləş, taekvondo, qılıncoynatma və üzgüçülük federasiyalarının idmançıları üçün antidopinq seminarı keçirdi

Digər
Bu gün, 20:57

Kastello Lükeb Barçaya transfer olmaq üçün agentini dəyişdi

Cüdo
Bu gün, 20:51

Abşeronda 302 cüdoçu kəmər imtahanında iştirak edib

Futbol
Bu gün, 20:45

Camal Musiala yarımmüdafiəçi beş həftəlik fasilədən sonra “Bavariya”nın ümumi məşqinə qayıtdı

Futbol
Bu gün, 20:08

Kançelskis: Ronaldunun milli komandaya xidmətinin sonu təbii idi və o, 50 yaşına qədər oynaya bilməzdi

Digər
Bu gün, 19:59

Okan Buruk və Ayris Kurteş arasında romantik münasibət iddiaları

Futbol
Bu gün, 19:58

Ayven Touni Manchester United'ə transfer oluna bilər

Futbol
Bu gün, 19:45

Neftçi, Kəpəzlə qarşılaşmaya hazırdır - FOTO

Futbol
Bu gün, 19:41

Cob Bellinghem: Azarkeşlərin dəstəyi ilə Betisə qarşı qalib gəldik

Digər
Bu gün, 19:19

Fərid Qayıbov və Rəşad İsmayılov Bakıda 1300 ağac əkdi - FOTO

Qarabağ FK
Bu gün, 19:12

İlham Zəkiyev: “Hərbi xidmətdə güllə yarasından sonra görmə qabiliyyətimi itirsəm də, həyata və idmana inamımı itirmədim” - VİDEO

Futbol
Bu gün, 19:07

Qalatasarayın Ştutqart üzərindəki qaləbəsi: Oyunçular klubda əyləncə arxasından qaçdı

Futbol
Bu gün, 19:01

Yaponiyalı Kozo Taşima və Ramon Veqa, 2027-ci il FIFA prezidentliyi seçkilərinə İnfantino rəqibi kimi qoşuldu

Futbol
Bu gün, 18:59

Unay Emeri ilə müqavilə uzadılması üçün danışıqlar başladı

Futbol
Bu gün, 18:46

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu mükafatına 8 namizəd müəyyən oldu

Oxşar xəbərlər