top
Mahir Emreli: “Prosineçki? O, futbolçuların arxasında dayanırdı” Sport24.az
06 iyun 2024, 16:00
- ↺ +

Mahir Emreli: “Prosineçki? O, futbolçuların arxasında dayanırdı”

Ötən gün milli komandamız Bakı - Qrats aviareysi ilə Avstriyaya yola düşdü. Arif Əsədovun rəhbərliyi altında komanda Macarıstanda əvvəlcə Albaniya (7 iyun), ardınca isə Qazaxıstan (11 iyun) milliləri ilə yoxlama görüşlərində qüvvəsini sınayacaq. Bu sətirlərin müəllifinin də yer aldığı təyyarədə 4 saatdan artıq yolçuluğun bir hissəsini Mahir Emrelinin kompaniyasında keçirdim. Hücumçu ilə həm diktofona düşən, həm də "qalstuksuz" söhbət kifayət qədər maraqlı oldu. Zaqreb "Dinamo"sunun hücumçusunun Sport24.az-a verdiyi müsahibəni təqdim edirik.


- Başa çatan mövsümü necə qiymətləndirərdin?
- Mövsümün əvvəlində hər şey yaxşı gedirdi. Sonra zədəyə görə 5 ay kənarda qaldım. Hətta bir anlıq komandadan getmək də istəyirdim. "Osiek"lə matçdan sonra paltardəyişmə otağında baş məşqçi dedi ki, bizə lazımsan, heçə yerə buraxası deyilik. Zədə məni bir qədər geri atdı. Amma bu heç də vəziyyətin pis olması anlamına gəlmir.


- Çox optimistsən. Adətən yerli futbolçularımız legioner həyatı zamanı ehtiyatda oturanda və ya zədəyə görə kənara qalanda Vətənə qayıdıb karyersını burda davam etdirməyə qərar verir...
- Həmişə min ölçüb, bir biçməlisən. İlk məqsəd təbii ki, Avropa futbol coğrafiyasında möhkəmlənib daha çox şans qazanmaq olmalıdı. Amma sırf ad olsun ki, legionersən və daim ehtiyatda qalırsansa bu, heç də yaxşı hal deyil. Avropadan Azərbaycan çempionatına qayıtmağı faciəyə çevirmək lazım deyil. Çünki futbolçu üçün oyun praktikası çox vacibdi. Həmçinin oyunçu harda xoşbəxtdirsə, orda da çıxış etməlidi. Həyatımda ilk dəfəydi ki, 5 aylıq zədəmi iynəsiz sağaltdım. O mənada ki, hər zaman zədəm bərpa olmamışdan hansısa vacib oyun naminə iynə vurdurub çıxırdım. Bu dəfə isə bu, yaşanmadı. Müalicəm və fiziki, psixoloji bərpam uğula keçdi. Hazırda gənclik yaşını arxada qoymuşuq, təcrübə artıb, məsələlərə daha peşəkar yanaşmağa başlamışam.


- Azərbaycanana qayıtmağı düşünürsən?
- Bu məsələ haqqında hazırda çox danışmaq istəmirəm. Amma konkret yox da demirəm. Bu dəqiqə millinin toplanışındayam və qarşıdakı yoldaşlıq oyunlarına hazırlaşırıq. Yoxlama matçlarında özümü maksimum yaxşı tərəfdən göstərməyə çalışacam. Yalnız bundan sonra karyeramla bağlı qərar qəbul edəcəm.


- Musa Qurbanlının yayda "Qarabağ"a dönüşü dəqiqləşib. Eyni təklif menecerlərinin masasında varmı?
- Menecerimlə son danışığımızda millinin toplanışı bitənə qədər bir-birimizi narahat etməməyi qərarlaşdırdıq. Yalnız yığmanın oyunları bitəndən sonra xəritədə yer təyin edib görüşəcək və məsələlərə aydınlıq gətirəcəyik.


- Hələlik Arif Əsədovun rəhbərliyi altında yığmada toplanış keçirirsiz. Böyük ölçüdə yoxlama görüşlərdən sonra baş məşqçinin kimliyi rəsmləşəcək. Səncə, bir baş məşqçi yığmanı dəyişmək üçün nə qədər təsir gücünə malikdi?
- Milli komanda fərqli ab-havadı. Burda maksim 10 gün kollektivlə birgə olursan. Məncə baş məşqçi yığmada daha çox psixoloji olaraq komandaya təsir etməli, futbolçuları oyunlara yaxşı kökləməyi bacarmalıdı. Həmçinin yerli mentaliteti və futbolçulara fərdi yanaşmağı bacarmalıdı. İndiki yığma heyətiylə uzun müddətdi birgə oynayırıq. Futbolçuların arasında avrokuboklarda yaxşı çıxışla yadda qalan xeyli həmkarım var. Milliylə də beynəlxalq turnirlərdə uğur qazanmaq istəyirik. Oyun planımızda pis deyilik. Qalır uğurlu nəticələr əldə etmək. Onun da öhtəsindən gələcəyimizi düşünürəm.


- Deyirlər "lalın dilini anası bilər". Hesab edirsən ki, milliyə yerli məşqçi təyin olunmalıdı?
- Mənim nə düşünəcəyim əsas deyil. İstər yerli, istərsə də əcnəbi müxtəxəssis olsun, futbolçularla fərdi xüsusiyyətlərinə görə davranmağı bacarmalıdı. Bu o demək deyil kimlərəsə fərq qoysun, birinə aşağıdan, digərinə yuxarıdan baxsın. Sadəcə, hər futbolçu individdi və hamıya eyni gözlə baxmaq düz deyil. Məsələn, Ramilə başqa, Mahirə başqa cür yanaşmalısan. Çünki fərqli beyinə, düşüncəyə sahibik.


- Bir çoxları Robert Prosnieçkini ölkəmizə gəlib getmiş hələlik ən uğurlu əcnəbi məşqçi hesab edir. Sən də onun zamanından milliyə cəlb olunmusan. Xorvatiyalını necə xarakterizə edərdin?
- Bəli, A millimizə 20 yaşım olanda Robert Prosnieçki cəlb etmişdi. Norveçlə rəsmi oyunda əsas yığmada debüt etmişəm. Onun digərlərindən üstünlüyü o idi ki, futbolçulara istəyini aşılayır, onların arxasında durur və rahatlıq verirdi. Norveçlilərə qarşı ilk oyunumda çox həyəcanlı idim. Mənə yaxınlaşıb dedi ki, "həyəcanlanma, futbol ən maraqlı idman növüdü. Dünyada yüzlərlə peşələr var. Amma sən futbolçu olmağı seçmisənsə bundan zövq al və çıx rahat oyununu oyna". Cənab Prosnieçki hər bir futbolçuya fərqli yanaşıb, onları oyunlara motivasiya edirdi.


- Canni De Byazi gərginlik gətirirdi?
- Mənə bəli.

- Bəs onun ümumi komandaya yanaşması necəydi?
- Onun zamanında anlaşılmazlıq çox olurdu. Üzərimizə çox gəlirdi, bizə təzyiq göstərirdi. Onsuz da klublarımızdan yorğunluqla milliyə gəlirdik. Burda gəlib daha rahat olub, fərqli motivasiya görməliydik. Amma əksi olurdu. Yersiz yanaşmaları çox olurdu. Müqayisə üçün deyim ki, Prosnieçkinin zamanında 10-15 dəqiqə ərzində ümumi iclas olardı. Amma italiyalı bizi ən azı bizi 50 dəqiqə saxlayırdı. İş orasındaydı ki, vaxt uzunluğu heç də faydalı iş əmsalını artırmırdı. Bundan başqa rəqiblərimizin son oyununu bizə tam 90 dəqiqə məcbur izlədirdi. Halbuki oyunun əsas yadda qalan anlarını bizə göstərmək kifayət edirdi. Bundan başqa adam köməkçiləriylə də yola getmirdi. Ona görə 3 ilə yaxın müddətdə neçə dəfə köməkçilərini dəyişdi.


- Hesab edirsən ki, hazırkı millimiz son 30 ildə yaxşısıdı?
- Bizdə nədənsə hazırkı millini və heyətini ən yaxşı adlandıranda bir çox veteranların xoşuna gəlmir, bunu qısqanclıqla qəbul edir. Amma biz həmin veteranların futbolçu karyeralarını yüksək qiymətləndirmişik. Fərdi keyfiyyət baxımından bizdən yuxarı nəsil futbolçuların üstün tərəfləri olub. Hesab edirəm ki, bu gün heyətimizdə Rəşad Sadıqov, Əfran İsmayılov, Vaqif Cavadov və digər bu kimi oyunçuların olması xoş olar və gücümüzə güc qatardı. Fikrimcə, komanda oyunu baxımından hazırkı heyət tarixin ən yaxşı komandasıdı. Amma veteranlarımızdan Mahmud Qurbanov hazırkı yığma futbolçularını zəif hesab edir. Ölkə xaricində çıxış edən oyunçuların daim ehtiyatda qalmasını tez-tez vurğulayır. Ən pisi də odur ki, onun dediklərin nə dərəcə real olduğunu heç kim araşdırmadı. Bu gün deyirlər "Mahir az oynayır". Mən də bu yanaşmaya qatılıram və davamiyyətdən xoşbəxt deyiləm. Amma bunu deyəndə mənim hansı çempionatda, komandada çıxış etməyim də nəzərə alınmalıdı. Bu gün Zaqreb "Dinamo"su "Barselona" səviyyəsində olmasa da, futbola yanaşmada və top-liqalara oyunçu ixracında futbol fabriki rolunu oynayır. Özümü tərifləmək kimi çıxmasın, amma belə bir klubun məni transfer etməsi, heyətində saxlaması böyük uğurdu. Neçə futbolçumuza bu nəsib olub?! Mənim Mahmud Qurbanovla heç bir problemim yoxdu. O, "Bakı"da oynayanda böyük həvəslə "professor"un oyununa baxırdıq. Hətta vaxtilə məni U-19 yığmamızdan qovan Nazim Süleymanov haqqında da mənfi fikirlər səsləndirməmişəm. Əksinə, onun futbolçu kimi "Liverpul"a qarşı oyunlarına bu gün də böyük həvəslə baxıram. Mən heç kimə pislik etməmişəm. Amma bir çox veteranların mənə qarşı neqativ yüklənməsini anlaya bilmirəm.


- Zədədən sonra özünü tam formada hiss edirsən?
- Qasığ nahiyəsində bəzən dartılma, ağrı olur. Amma həkimlər deyir ki, burda psixoloji narahatlıq daha çoxdu, nəinki fiziki təhlükə.


CEYHUN ƏLİYEV, Bakı-Qrats

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Oxşar xəbərlər