top
London “Qızıl top” mərasimi: tıxaclar, əvvəlcədən açıqlanmış qaliblər və təhlükəsizlik hadisələri Idman.biz
Bu gün, 11:51
- ↺ +

London “Qızıl top” mərasimi: tıxaclar, əvvəlcədən açıqlanmış qaliblər və təhlükəsizlik hadisələri

Londonda tarixdə ilk dəfə keçirilən "Qızıl top" mükafatlandırma mərasimi təkcə Harri Keynin qələbəsi ilə deyil, gözlənilməz hadisələrlə də diqqət çəkib. Avtomobil tıxacları tədbirin 45 dəqiqə gec başlamasına səbəb olub, mükafatın rəsmi saytı əvvəlcədən üç fərqli qalibin adını açıqlayıb, azarkeşlər isə qırmızı xalçanın qarşısındakı təhlükəsizlik sədlərini aşmağa çalışıblar.

İdman.Biz "Sky Sports"a istinadən xəbər verir ki, təşkilatçılar mərasimin başlanmasını iki dəfə təxirə salmalı olublar. Əvvəlcə tədbir yarım saat, daha sonra isə əlavə 15 dəqiqə gecikdirilib. Buna Londonun mərkəzində yaranan avtomobil tıxacları səbəb olub. Nəticədə bəzi dəvətlilər "Palladium" teatrına vaxtında çata bilməyiblər.

2024-cü ilin "Qızıl top" mükafatının sahibi Rodri də vəziyyətə münasibət bildirib. İspaniyalı futbolçu DAZN-a açıqlamasında "London başdan-başa tıxacdır!" deyə qeyd edib.

Lakin nəqliyyat problemləri gecənin yeganə sürprizi olmayıb. Mərasimdən bir neçə saat əvvəl "Qızıl top"un rəsmi saytında üç fərqli qalibin adının yer aldığı məqalələr dərc edilib. Həmin yazılarda əsas mükafatın sahibi kimi növbə ilə Harri Keyn, Kilian Mbappe və Lamin Yamal göstərilib.

"TNT Sports"un məlumatına görə, məqalələr qısa müddət sonra silinib. Ancaq istifadəçilər onların ekran görüntülərini saxlamağa imkan tapıblar. Beləliklə, qalibin vaxtından əvvəl açıqlanması əvəzinə daha böyük intriqa yaranıb. Çünki rəsmi materiallarda eyni mükafatın sahibi kimi üç fərqli futbolçu təqdim olunub.

Bu vaxt teatrın qarşısında da vəziyyət gərginləşib. "The Standard" nəşrinin məlumatına görə, onlarla azarkeş qırmızı xalçada görünən ulduz futbolçulara yaxınlaşmaq üçün təhlükəsizlik sədlərini aşmağa çalışıb. Asayişin bərpası üçün polis müdaxilə etməli olub.

Bütün bunlar "Qızıl top"un 70-ci yubiley mərasimində yaşanıb. Tədbir tarixi hadisənin şərəfinə ilk dəfə Parisdən Londona köçürülüb. Belə ki, 1956-cı ildə mükafatın ilk sahibi ingiltərəli Stenli Metyuz olub.

Qarışıq başlanğıca baxmayaraq, gecə ev sahiblərinin qələbəsi ilə başa çatıb. Əsas mükafatı Almaniyanın "Bavariya" komandasının və İngiltərə millisinin hücumçusu Harri Keyn qazanıb. O, son 25 ildə "Qızıl top"a sahib çıxan ilk ingiltərəli futbolçu olub.

Səsvermədə Kilian Mbappe ikinci, Lamin Yamal isə üçüncü yeri tutub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:40

Milan, amerikalı hücumçu Kristian Pulişiç ilə müqaviləni uzadır

Güləş
Bu gün, 12:17

Azərbaycanın iki qadın güləşçisi və İslam Abbasov dünya çempionatında məğlub oldular;

Futbol
Bu gün, 12:00

«Səbail»in yeni transferi Sofian Budra: «Azərbaycanda oynayacağımı heç vaxt təsəvvür etməmişdim»

Cüdo
Bu gün, 11:59

Bakıda Braziliya ciu-citsu üzrə açıq turnir keçirilib - FOTO

Futbol
Bu gün, 11:41

Mbappe zarafatına görə Çində iki sponsorunu itirdi

Futbol
Bu gün, 11:40

Lozanna klubunun 37 milyard funt-sterlinqə satışı

Futbol
Bu gün, 11:37

Mbappe-ın Çin reklam skandalı: üç şirkət əməkdaşlığı dayandırdı

Basketbol
Bu gün, 11:32

Gəncə basketbol komandası Murad Dikməni yeni baş məşqçi kimi təyin etdilər

Basketbol
Bu gün, 11:14

Sabah: Nanter 92 qarşısında gərgin matçda daha yaxşı performans göstərməyimiz üçün fürsət

Futbol
Bu gün, 11:00

Vidadi Rzayev Kəpəz'in son 8 tur performansını yüksək qiymətləndirir

Futbol
Bu gün, 10:53

Avropada A Seriyası və kubok matçıları: Roma, Arsenal və Borussia diqqət çəkir

Digər
Bu gün, 10:44

Tural Rəhimov Tacikistanda keçiriləcək ACA 209 turnirində rusiya döyüşçüsü Naşxo Qalayevlə qarşılaşacaq

Futbol
Bu gün, 10:40

Şahzadə Uilyam İngiltərə futbolçusu Harry Keni Ballon d'Or üçün təbrik etdi

Digər
Bu gün, 10:29

Araz-Naxçıvan Uypeştlə UEFA Çempionlar Liqasında Oynayacaq

Boks
Bu gün, 10:23

Xavyer Mendes Castin Qetci: Topuriya ilə döyüşü 9 dəfə izlədim

Futbol
Bu gün, 10:20

İspaniya klubu Qalatasarayın keçmiş hücumçusu Mauro İkardini transfer etmək istəyir

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Oxşar xəbərlər