"Liverpul"un uruqvaylı müdafiəçisi Ronald Arauxo 2026/2027 mövsümündə İngiltərə Premyer Liqasında yeni sürət rekordu müəyyənləşdirib.
İdman.Biz "Sport" nəşrinə istinadən xəbər verir ki, "Winna" analitik platformasının məlumatına əsasən, 27 yaşlı futbolçu "Brayton"la qarşılaşmada (2:0) 36,3 km/saat sürət yığaraq cari mövsümdə Premyer Liqanın ən sürətli oyunçusu olub.
Maraqlıdır ki, bu mövsüm La Liqada Kilian Mbappe, Andrey Ratsiu, Kike Fernandes Salas, Fakundo Buonanotte və Alexandro Katena da eyni sürət göstəricisinə nail olublar.
"Barselona"dan icarə əsasında "Liverpul"da çıxış edən Arauxo "Brayton"la görüşün ən yaxşı futbolçusu da seçilib. Uruqvaylı müdafiəçi iştirak etdiyi beş mübarizənin hamısından qalib ayrılıb və 11 uğurlu müdafiə hərəkəti yerinə yetirib. Bu göstəricidə o, yalnız komandanın kapitanı Vircil van Deykdən geri qalıb.
Bundan əlavə, Arauxo cari mövsümdə "Liverpul"un heyətində bir dəfədən çox matçın ən yaxşı futbolçusu seçilən ilk oyunçu olub.
Qeyd edək ki, "Brayton"la qarşılaşmanın ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi üçün azarkeşlər arasında keçirilən səsvermədə müdafiəçi səslərin 85 faizini toplayıb.