"Liverpul"un yeni baş məşqçisi məlum olub. Sport24.az xəbər verir ki, komandanın "sükanı" Andoni İraolaya tapşırılacaq.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında yaxın zamanda rəsmi müqavilə imzalanacaq.
İraola başa çatan mövsümdə "Bornmut"a rəhbərlik edib. Komanda onun başçılığı altında Premyer Liqanı altıncı sırada bitirib və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
"Liverpul" bir neçə gün əvvəl baş məşqçisi Arne Slotla vidalaşıb.