top
Liqa 1: PSJ liderliyini möhkəmləndirdi, digər oyunların nəticələri Idman.biz
11 may 2026, 01:25
- ↺ +

Liqa 1: PSJ liderliyini möhkəmləndirdi, digər oyunların nəticələri

Fransa Liqa 1-in 33-cü turunda PSJ doğma meydanda "Brest"i 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, "Park de Prens" stadionunda keçirilən görüşün taleyini 83-cü dəqiqədə vurulan yeganə qol həll edib. PSJ-nin futbolçusu Dezire Due fərqlənərək Paris klubuna qələbə qazandırıb.

Bu nəticədən sonra PSJ 73 xalla turnir cədvəlinə başçılıq edir. "Brest" isə 38 xalla 12-ci pillədə qərarlaşıb.

"Renn" doğma meydanda "Paris"i 2:1 hesabı ilə məğlub edib. İlk hissədə qol qeydə alınmayıb. 53-cü dəqiqədə Vilhelm Jebbel qonaqları önə keçirsə də, 74-cü dəqiqədə Esteban Lepol tarazlığı bərpa edib. Cəmi bir dəqiqə sonra Bril Embolo "Renn"ə qələbə qazandırıb. "Renn" 59 xalla beşinci, "Paris" isə 41 xalla 11-ci sıradadır.

"Mets" son ev oyununda "Loryan"a 0:4 hesabı ilə uduzub. Meydan sahibləri daha əvvəl elit divizionda qalmaq şansını itirdiyindən bu qarşılaşma onlar üçün Liqa 1-də son ev matçı olub. "Loryan"ın qollarını Makengo, Dienq, Avom və Kadiu vurublar. "Mets" turnir cədvəlinin sonuncu pilləsində qalıb, "Loryan" isə orta sıralarda yer alır.

"Tuluza" öz meydanında "Lion"u 2:1 hesabı ilə məğlub edib. Meydan sahibləri 10-cu dəqiqədə Dayann Metalyenin qolu ilə hesabı açıblar. "Lion" 71-ci dəqiqədə Korenten Tolisso ilə bərabərliyi təmin etsə də, 78-ci dəqiqədə Uorren Kamanzi "Tuluza"ya qələbə qazandırıb. "Tuluza" oyunu Aron Dönnumun qırmızı vərəqəsinə görə azlıqda başa vurub. Komanda 44 xalla 10-cu, "Lion" isə 60 xalla dördüncü pillədədir.

"Oser" doğma meydanda "Nitsa" üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb. Qonaqlar Diopun qolu ilə önə keçsələr də, "Oser" Mara və Sinayokonun qolları ilə dönüş edib. Bu nəticədən sonra hər iki komandanın 31 xalı var. "Oser" daha yaxşı top fərqinə görə 15-ci, "Nitsa" isə 16-cı sıradadır. 16-cı pillədə qalacaq komandanı elitada qalmaq üçün pley-off gözləyir.

"Monako" doğma meydanda "Lill"ə 0:1 hesabı ilə məğlub olub. Görüşdə yeganə qol 72-ci dəqiqədə qeydə alınıb. Denis Zakariya topu öz qapısına göndərərək qonaqlara qələbə qazandırıb. "Lill" bu nəticədən sonra xalını 61-ə çatdırıb və üçüncü pillədə qərarlaşıb. "Monako" isə 54 xalla yeddinci sıradadır.

"Anje" və "Strasbur"un görüşündə qalib müəyyənləşməyib – 1:1. "Strasbur" birinci hissənin sonlarında Ensisonun penaltidən vurduğu qolla hesabı açıb. "Anje" 70-ci dəqiqədə Kualipunun qolu ilə məğlubiyyətdən xilas olub. "Strasburq" 47 xalla səkkizinci, "Anje" isə 35 xalla 13-cü pillədə yer alır.

"Marsel" səfərdə "Havr"ı 1:0 hesabı ilə məğlub edib. İlk hissədə qol vurulmayıb. 55-ci dəqiqədə qonaqlar penalti qazanıblar və Meyson Qrinvud 11 metrlik zərbəni dəqiq yerinə yetirib. "Marsel" bu qələbədən sonra xalını 56-ya çatdırıb və altıncı pillədə qərarlaşıb. "Havr" isə 32 xalla 14-cü sıradadır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər