"Leyptsiq" klubunun baş direktoru Oliver Mintslaff Yurgen Kloppun kluba təsirini yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, Mintslaff "Liverpul"un sabiq baş məşqçisi olan Yurgen Kloppun "Red Bull" qrupuna Qlobal Futbol direktoru kimi qoşulmasından sonra onun rolundan məmnun qaldıqlarını bildirib.
Baş direktoru Mintslaff Kloppun gənc istedadlara rəhbərlik etməsini və məşqçilərə məsləhətlər verməsini xüsusi vurğulayıb.
Kloppun yenidən klassik baş məşqçi roluna qayıtması ilə bağlı narahatlıqlara toxunan Mintslaff belə deyib:
"Yurgen Klopp bizdə özünü tam rahat hiss edir və artıq inanılmaz dərəcədə çox şey öyrənib. Onun müqaviləsində çıxış maddəsi yoxdur və o, bizə açıq şəkildə sadiq olduğunu bildirib".