top
Levandovski MLS-də qolsuz seriyanı qırdı, Berhalter taktik qərarı izah etdi Idman.biz
01 noyabr 2026, 13:58
- ↺ +

Levandovski MLS-də qolsuz seriyanı qırdı, Berhalter taktik qərarı izah etdi

ABŞ-nin "Çikaqo Fayr" futbol komandasının hücumçusu Robert Levandovski MLS-də "Kolorado Rapids"ə qarşı keçirilən oyunda bir qol və bir məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

İdman.Biz "SportoweFakty" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu komandasının səfərdə 4:2 hesablı qələbə qazandığı qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb.

Baş məşqçi Qreq Berhalter Levandovskini 63-cü dəqiqədə, hesab 2:2 olarkən meydana buraxıb. Polşalı hücumçu 11 dəqiqə sonra Filip Zinkernagelin ötürməsindən yararlanaraq rəqib qapıçısını keçib və topu boş qapıya göndərib.

Bu qolla "Çikaqo Fayr" 3:2 hesabı ilə önə çıxıb. Levandovski 88-ci dəqiqədə isə Puso Ditheyanenin fərqlənməsinə şərait yaradaraq komandasının dördüncü qolunda da iştirak edib.

Təcrübəli hücumçu MLS-də ardıcıl səkkiz oyun davam edən qolsuz seriyasına son qoyub.

Qarşılaşmadan sonra Qreq Berhalter Levandovskinin start heyətində yer almamasının əvvəlcədən hazırlanmış planın bir hissəsi olduğunu açıqlayıb.

"Onun qol vurması çox yaxşıdır. Eyni zamanda, öz rolunu qəbul etməsinə də sevinirəm. Ona bunun necə oyun olacağını və qarşılaşmanın gedişinə hansı şəkildə təsir göstərə biləcəyini izah etmişdik. O da tapşırığı dəqiqliklə yerinə yetirdi. Səfərləri və yüksək hündürlükdə oynamağı nəzərə alsaq, səkkiz gün ərzində üç oyun keçirmək çətin sınaqdır", - deyə mütəxəssis bildirib.

Berhalter rəqib futbolçuların yorulacağını əvvəlcədən gözlədiklərini də vurğulayıb:

"Buna görə ağıllı davranmalı idik. Onun oyuna təsir göstərə biləcəyini bilirdik. Rəqibin yorulmağa və zəifləməyə başlayacağı anın gələcəyini gözləyirdik. Həmin vaxt onu meydana buraxdıq".

Polşalı futbolçunun çıxışı ABŞ mətbuatında da geniş əks-səda doğurub.

MLS-in rəsmi saytı Levandovskinin vacib məqamda fərqlənmək bacarığını ön plana çıxarıb. Nəşr onun səkkiz oyunluq qolsuz seriyasını məhz komandasının qələbəyə ehtiyac duyduğu qarşılaşmada dayandırdığını vurğulayıb.

"MenInRed97" saytı Berhalterin qərarını uğurlu taktiki gediş kimi qiymətləndirib. Nəşr Levandovskinin təxminən iki aylıq fasilədən sonra yenidən fərqləndiyini vurğulayaraq ona 8 bal verib.

Qeyd edək ki, "Çikaqo Fayr" bu qələbədən sonra 55 xalla MLS-in Şərq Konfransında dördüncü pillədəki mövqeyini qoruyub. Komanda məğlubiyyətsiz oyunlar seriyasını üç qarşılaşmaya çatdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:10

“Real Madrid”dən 4 mövsüm sonra uğurlu seriya

Futbol
Bu gün, 12:05

“Fənərbağça”da sərt qərar gözlənilir

Futbol
Bu gün, 12:00

Sxadadzenin işsiz günləri başa çatdı

Futbol
Bu gün, 11:55

Azərbaycanda hücumçu onun kürəyindən ayağı ilə vurdu - VİDEO

Basketbol
Bu gün, 11:52

Vaşkeleviçus: Bakının Avropa çempionatına ev sahibliyi edəcəyindən məmnunam

Qarabağ FK
Bu gün, 11:52

Kəpəz – Qarabağ: Gəncədəki XI tura son verən matçın müəyyən vacib məqamı

Futbol
Bu gün, 11:49

Gonsalo Tapia Messinin ona top vurması barədə: Bu, sadəcə oyundakı bir epizod idi

Futbol
Bu gün, 11:45

Arteta: Arsenal ilk hissədə 3-4 top fərqi ilə öndə olmalı idi

Qarabağ FK
Bu gün, 11:30

Xankəndi sakini: "Qarabağ" - "Kəpəz" oyununu gəncəlilərin sektorunda izlədim - MÜSAHİBƏ

Futbol
Bu gün, 11:30

Səudiyyə futbolunun əfsanəsi Ronaldonu tənqid etdi: "Artıq komandaya verə biləcəyi heç nə qalmayıb"

Minifutbol
Bu gün, 11:29

Futzal üzrə hakim‑inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb

Futbol
Bu gün, 11:29

Laportadan “Barselona”ya böyük vəd: “Bu il bizim ilimiz olmalıdır”

Futbol
Bu gün, 11:10

Ronalduya müvəqqəti heykəl qoydular - VİDEO

Futbol
Bu gün, 11:09

Avropa çempionatı: Millimizinin daha iki üzvü yarımfinalda

Futbol
Bu gün, 11:08

Dünyanın ən Moda Futbolçuları: İlk Onluq Kimlərdən İmzalandı?

Futbol
Bu gün, 11:05

Premyer Liqada artıq öz sözünü deyən yerli hücumçu var!

Boks
Bu gün, 11:00

Daha 2 boksçumuz Avropa çempionatında yarımfinalında

Qarabağ FK
Bu gün, 11:00

“Kəpəz”dən “Qarabağ”la oyun üçün xüsusi mükafat – məbləğ artırıldı!

Futbol
Bu gün, 10:44

İkinci Liqada bu gün üç oyun keçiriləcək, lider "Qaradağ Lökbatan" "Şirvan"ın qonağı olur

Futbol
Bu gün, 10:40

Qalatasaray Samsunspor

Futbol
Bu gün, 10:30

CONMEBOL seçkilərdə Canni İnfantinonu dəstəkləyəcək

Futbol
Bu gün, 10:26

“Real” dörd mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazandı

Formula 1
Bu gün, 10:21

Ferstappen Las-Veqasda rəqiblərinə meydan oxudu - VİDEO

Futbol
Bu gün, 10:18

Murada ehtiyac olmadı

Oxşar xəbərlər