top
Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi Idman.biz
Bu gün, 01:25
- ↺ +

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Uruqvay futbol çempionatında "Penyarol" və "Xuventud Las-Pyedras" komandaları arasında keçirilən qarşılaşmada qeyri-adi hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, "Penyarol"un argentinalı futbolçusu Leonel Xayme zədələnən rəqibinə kömək etmək üçün komandasının hücumunu dayandırıb. Lakin onun bu addımı həm komanda yoldaşlarının, həm də azarkeşlərin narazılığına səbəb olub.

Hadisə görüşün birinci hissəsinin 32-ci dəqiqəsində baş verib. "Penyarol"un müdafiəçisi İqnasio Aleqre ilə mübarizədən sonra rəqib futbolçu Kevin Rolon yerdə qalıb. Hakim qayda pozuntusu qeydə almayaraq oyunu davam etdirib.

Topu qəbul edən Xayme isə rəqibinin ağrılar içində olduğunu görərək hücumu dayandırmaq qərarına gəlib. O, futbolçuya tibbi yardım göstərilməsi üçün topu meydandan kənara göndərib.

Ancaq gənc oyunçunun bu davranışı gözlənilməz reaksiya ilə qarşılanıb. "Penyarol" azarkeşləri onu fitə basıb, bəzi komanda yoldaşları isə əlverişli hücum imkanını dayandırdığı üçün futbolçuya etiraz ediblər.

Xüsusilə Xavyer Kabrera komanda yoldaşına yüksək səslə irad bildirib. Bu münasibətdən təsirlənən Xayme göz yaşlarını saxlaya bilməyib. Futbolçunun meydanda ağladığı anlar televiziya kameralarına düşüb.

Hadisədən sonra "Penyarol"un prezidenti İqnasio Ruqlio gənc oyunçuya dəstək verib. Klub rəhbəri Xayme ilə görüşərək onunla birlikdə nahar edib və sosial şəbəkədə dəstək mesajı paylaşıb.

"Çətin anlardan birlikdə və çalışaraq çıxmaq olar. İrəli, Leo, hər şey yaxşı olacaq", - deyə Ruqlio bildirib.

Qeyd edək ki, Argentinanın "River Pleyt" futbol komandasından icarəyə götürülən 20 yaşlı Xayme "Penyarol"un əsas futbolçularından biridir.

Uruqvay çempionatının 12-ci turunda keçirilən "Xuventud Las-Pyedras" - "Penyarol" qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Dünən, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Dünən, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Dünən, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Dünən, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Futbol
Dünən, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Qarabağ FK
Dünən, 21:01

Dambrauskas: Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq

Qarabağ FK
Dünən, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Cüdo
Dünən, 20:55

Gənc cüdoçularımız Düşəbədə keçirilən Qran-pri turnirində 5 medal qazandı

Oxşar xəbərlər