top
Lamin Yamalın zədəsi DÇ-2026 ümidlərinə təsir edə bilər: Risk və ehtiyatlılıq Idman.biz
23 aprel 2026, 17:01
- ↺ +

Lamin Yamalın zədəsi DÇ-2026 ümidlərinə təsir edə bilər: Risk və ehtiyatlılıq

"Lamin Yamalın zədəsinin təkrarlanma ehtimalı 30 faizdir".

İdman.Biz xəbər verir ki, bu sözləri idman təbabəti üzrə ekspert, həkim Pedro Luis Ripol deyib.

Mütəxəssis bildirib ki, buna görə də futbolçunun bərpa müddətinin müəyyənləşdirilməsində son dərəcə ehtiyatlı davranmaq lazımdır.

Onun sözlərinə görə, zədə əzələnin özündədirsə, proqnoz daha əlverişli olur. Lakin zədə əzələnin vətərə keçid hissəsində və ya birbaşa vətərdə yerləşirsə, vəziyyət daha ciddi xarakter alır. Bu halda futbolçunun 4-6 həftə meydanlardan kənar qalması tələb oluna bilər.

Ripol əlavə edib ki, residiv riskini nəzərə alsaq, Yamalın dünya çempionatı üçün heyətə düşməsi az ehtimal olunur və maksimum ehtiyatlılıq vacibdir.

10:25

"Futbol Total en Dsports" idman kanalının aparıcısı Xuan Furlançiç "Barselona"nın futbolçusu Lamin Yamalın İspaniya çempionatının 33-cü turunda "Selta" ilə matçda (1:0) aldığı zədə barədə sərt fikirlər səsləndirib. Gənc futbolçunun penalti zərbəsi zamanı zədələnməsi İspaniya mətbuatında böyük müzakirələrə səbəb olub.

İdman.Biz "Marca" nəşrinə istinadla xəbər verir ki, Furlançiç bu zədənin təsadüf olmadığını diqqətə çatdırıb. O bildirib ki, Yamal matçdan cəmi 48 saat əvvəl şəxsi təyyarə ilə səfərdən qayıdarkən fast-fud yeməsini sosial şəbəkələrdə paylaşıb.

Aparıcının sözlərinə görə, penalti vuran zaman zədələnmək kifayət qədər qəribə görünsə də, bu, birbaşa idmançının öz sağlamlığına biganə yanaşmasının, kifayət qədər istirahət etməməsinin və pis qidalanmasının nəticəsidir.

"Bu, hakerlər tərəfindən oğurlanmış foto deyil, Lamin özü bununla öyünürdü", - deyə jurnalist vurğulayıb.

Xatırladaq ki, Yamalın bu zədə səbəbindən La Liqada mövsümü erkən başa vuracağı və DÇ-2026-nın startını qaçıra biləcəyi gözlənilir.

Qeyd edək ki, 18 yaşlı istedad cari mövsümdə meydana çıxdığı 45 matçda 24 qol vurub və 18 məhsuldar ötürmə müəllifi olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:27

Azərbaycanın batut və tamblinq üzrə dünya çempionatı üçün heyəti açıqlandı

Futbol
Bu gün, 13:12

Rövşən Nəcəf: Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazırdır

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Futbol
Bu gün, 12:49

Stas Pokatilov UEFA Çempionlar Liqasının üç turda qapıçı səyvlərində TOP-3‑də

Futbol
Bu gün, 12:48

Ramos 40 yaşında, Xetafe klubunun La Ligayə qayıtma potensialı

Digər
Bu gün, 12:42

Altı həftəlik müalicə, fərdi məşqlər və dönüş: “Kəpəz”in kapitanı Verdaskanın son durumu - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Digər
Bu gün, 12:40

Lionel Skaloni 2030-cu ilə qədər postunda qalacaq

Digər
Bu gün, 12:27

Batut gimnastikası və tamblinq üzrə ölkə birinciliyi keçirilib

Futbol
Bu gün, 12:00

Tovuzda "Turan" adının qaytarılması gözləniləndəyken Fənərbaxça ilə yoxlama oyununa böyük vəsait ayrılması

Futbol
Bu gün, 11:57

Pike “El-Klasiko” öncəsi 4:1 nəticə proqnozunu verdi

Futbol
Bu gün, 11:45

Marko Asensio: Zədəm üçün əməliyyat etdim, sağlamlığımı riskə atdım

Digər
Bu gün, 11:40

PSJ uzun müddətə sırandan çıxan Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək

Digər
Bu gün, 11:36

“Sumqayıt” “Zirə” ilə oyuna üç itki ilə çıxacaq - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol
Bu gün, 11:20

I Liqada 6-cı turun yekunu

Qarabağ FK
Bu gün, 11:00

Rus idman jurnalisti “Sabah”ı tərifləyib, “Qarabağ”ı da yadına saldı

Futbol
Bu gün, 10:56

Sabah U-19 məşqçisi Adino Mustedanaqiç: Borussia Dortmund qarşısında oyunundan məmnun

Qarabağ FK
Bu gün, 10:43

Sabahın futbolçusu Eyden Makkarti və Qarabağın keçmiş legioneri Dino Ndlovu eyni tarixi siyahıda

Digər
Bu gün, 10:40

Kral ailəsi Lionel Messini şam yeməyinə dəvət edib

Digər
Bu gün, 10:14

Faiq Hacıyev: “Turan Tovuz”dakı gələcəyimi düşünmədiyimi desəm, yalan olar” - MÜSAHİBƏ

Futbol
Bu gün, 10:00

Verdaska Kəpəzə Qayıdır – Futbolçunun Mesajı, Klub Susur

Futbol
Bu gün, 09:59

Almançı Lothar Matteus Bakı Olimpiya Stadionunu müdafiə etdi

Digər
Bu gün, 09:45

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Digər
Bu gün, 09:42

Azərbaycan basketbolunda 10 milyon avroluq büdcə – Yunanıstanlı məşqçi “Sabah”dan danışdı

Digər
Bu gün, 09:40

Manuel Noyer ÇL-də oyun sayına görə Messi və Müllerlə çatdı

Oxşar xəbərlər