top
La Liqa: Turun oyunları - Valensiya səfərdə qalib, digər nəticələr Idman.biz
10 may 2026, 23:00
- ↺ +

La Liqa: Turun oyunları - "Valensiya" səfərdə qalib, digər nəticələr

"Barselona" və "Real Madrid" arasında mövsümün ən çox gözlənilən "El-Klasiko"su başladı.

İdman.Biz xəbər verir ki, La Liqada çempionluq mübarizəsinə ciddi təsir edəcək bu duelə hər iki komanda böyük motivasiya ilə çıxıb.

Bütün diqqətlər "Kamp Nou"ya yönəlib: qarşıda təkcə üç xal yox, həm də nüfuz və liderlik savaşı var.

22:48

Futbol üzrə İspaniya La Liqasının 35-ci turunda "Ovyedo" doğma meydanda "Xetafe" ilə 0:0 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, "Nuevo Karlos Tartiere" stadionunda keçirilən qarşılaşmada qonaqlar say üstünlüyündən istifadə edə bilməyiblər. Görüşdə 90 dəqiqə ərzində qol qeydə alınmayıb.

"Ovyedo" 54-cü dəqiqədə azlıqda qalıb. Meydan sahiblərinin müdafiəçisi Xavyer Lopes birbaşa qırmızı vərəqə alıb. 78-ci dəqiqədə isə Kvasi Sibo da meydandan qovulub və "Ovyedo" matçı doqquz nəfərlə başa vurub.

Buna baxmayaraq, "Xetafe" sonadək təzyiqi nəticəyə çevirə bilməyib.

Bu nəticədən sonra "Xetafe" xalını 45-ə çatdırıb və turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. "Ovyedo" isə 29 xalla sonuncu sırada qalıb.

20:46

Futbol üzrə İspaniya La Liqasının 35-ci turunda "Valensiya" səfərdə "Atletik"ə 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, "San Mames" stadionunda keçirilən görüşün taleyini ikinci hissədə vurulan yeganə qol həll edib. "Valensiya"nın hücumçusu Umar Sadik 72-ci dəqiqədə fərqlənərək komandasına üç xal qazandırıb.

Qonaqlar daha əvvəl hesabı açmaq üçün yaxşı imkan əldə ediblər. Lakin 27-ci dəqiqədə Uqo Duro penaltidən yararlana bilməyib. Buna baxmayaraq, "Valensiya" fasilədən sonra istəyinə çatıb və Bilbaodan qələbə ilə ayrılıb.

Bu nəticədən sonra "Atletik" 44 xalla turnir cədvəlində doqquzuncu pillədə qalıb. "Valensiya" isə xalını 42-yə çatdıraraq 12-ci sıraya yüksəlib.

18:42

Futbol üzrə İspaniya La Liqasının 35-ci turunda "Vilyarreal" səfərdə "Malyorka" ilə 1:1 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, qonaqlar 31-ci dəqiqədə hesabı açıblar. Ayose Peres penaltini dəqiq yerinə yetirərək "Vilyarreal"ı önə keçirib.

"Malyorka" fasilə ərəfəsində tarazlığı bərpa edib. Meydan sahiblərinin qolunu 45+2-ci dəqiqədə Vedat Muriqi vurub. Bu qol görüşdə yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra "Vilyarreal" xalını 69-a çatdırıb və turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. "Malyorka" isə 39 xalla 13-cü sıradadır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Oxşar xəbərlər