top
La Liqa: Seltadan gözlənilməz məğlubiyyət, Malyorkanın qələbəsi, Osasuna və Betis heç-heçə etdi Idman.biz
12 aprel 2026, 22:58
- ↺ +

La Liqa: "Selta"dan gözlənilməz məğlubiyyət, "Malyorka"nın qələbəsi, "Osasuna" və "Betis" heç-heçə etdi

İspaniya La Liqasının 31-ci turu çərçivəsində "Selta" öz meydanında "Oviedo"nu qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı sensasiyalı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyunun startını uğursuz keçiriblər və artıq beşinci dəqiqədə qapılarında qol görüblər. "Oviedo"nun heyətində Alberto Reyna hesabı açıb. Fasiləyə az qalmış qonaqlar fərqi artırmağı bacarıblar - İlyas Şairin ötürməsini Federiko Vinyas qola çevirib.

"Selta" oyunun gedişatını dəyişməyə çalışsa da, rəqib savadlı müdafiə olunub. 57-ci dəqiqədə isə qonaqlar hesabı darmadağın səviyyəsinə çatdırıblar. Federiko Vinyas dublunu rəsmiləşdirərək matçda son nöqtəni qoyub.

Bu məğlubiyyətdən sonra 44 xalı olan "Selta" turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Xallarının sayını 27-yə çatdıran "Oviedo" isə 19-cu yerə yüksəlib.

20:46

"Malyorka" İspaniya La Liqasının 31-ci turu çərçivəsində öz meydanında "Rayo Valyekano"nu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Malyorka"nın heyətində Vedat Muriçi dubl edib (36-cı və 40-cı dəqiqə). Komandanın digər qoluna isə 65-ci dəqiqədə Yan Virxili imza atıb.

Bu qələbədən sonra xallarının sayını 34-ə çatdıran "Malyorka" turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. Aktivində 35 xal olan "Rayo Valyekano" isə 13-cü yerdədir.

18:44

İspaniya La Liqasının 31-ci turu çərçivəsində "Osasuna" və "Betis" komandaları üz-üzə gəliblər. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, qonaqlar oyunun startında hesabı açıblar. Matçın yeddinci dəqiqəsində "Betis"in vingeri Abde Ezzalzuli fərqlənməyi bacarıb. Meydan sahibləri bu qola 40-cı dəqiqədə cavab veriblər. "Osasuna"nın hücumçusu Ante Budimir penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib.

Hazırda "Betis" turnir cədvəlində 46 xalla beşinci pillədə qərarlaşıb. "Osasuna" isə 39 xalla doqquzuncu sıradadır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Oxşar xəbərlər