top
La Liqa: Barselona El-Klasikoda Real Madridi məğlub edərək çempion oldu Idman.biz
11 may 2026, 00:57
- +

La Liqa: "Barselona" "El-Klasiko"da "Real Madrid"i məğlub edərək çempion oldu

Futbol üzrə İspaniya La Liqasında "Barselona" "Real Madrid"i "El-Klasiko"da 2:0 hesabı ilə məğlub edərək çempionluğunu rəsmiləşdirib.

İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisi tarixdə ilk dəfə olaraq "El-Klasiko" qələbəsi ilə ölkə çempionu adını təmin edib.

Hansi Flikin komandası prinsipial görüşdə həm əzəli rəqibini üstələyib, həm də mövsümün ən böyük hədəfinə çatıb.

"Real Madrid" isə bu məğlubiyyətdən sonra çempionluq yarışında son şansını da itirib.

23:23

Ferran Torres 19-cu dəqiqədə hesab 2:0 etdi.

23:13

"Barselona" doqquzuncu dəqiqədə Markus Reşfordun qolu ilə hesabı açır.

23:00

"Barselona" və "Real Madrid" arasında mövsümün ən çox gözlənilən "El-Klasiko"su başladı.

İdman.Biz xəbər verir ki, La Liqada çempionluq mübarizəsinə ciddi təsir edəcək bu duelə hər iki komanda böyük motivasiya ilə çıxıb.

Bütün diqqətlər "Kamp Nou"ya yönəlib: qarşıda təkcə üç xal yox, həm də nüfuz və liderlik savaşı var.

22:48

Futbol üzrə İspaniya La Liqasının 35-ci turunda "Ovyedo" doğma meydanda "Xetafe" ilə 0:0 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, "Nuevo Karlos Tartiere" stadionunda keçirilən qarşılaşmada qonaqlar say üstünlüyündən istifadə edə bilməyiblər. Görüşdə 90 dəqiqə ərzində qol qeydə alınmayıb.

"Ovyedo" 54-cü dəqiqədə azlıqda qalıb. Meydan sahiblərinin müdafiəçisi Xavyer Lopes birbaşa qırmızı vərəqə alıb. 78-ci dəqiqədə isə Kvasi Sibo da meydandan qovulub və "Ovyedo" matçı doqquz nəfərlə başa vurub.

Buna baxmayaraq, "Xetafe" sonadək təzyiqi nəticəyə çevirə bilməyib.

Bu nəticədən sonra "Xetafe" xalını 45-ə çatdırıb və turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. "Ovyedo" isə 29 xalla sonuncu sırada qalıb.

20:46

Futbol üzrə İspaniya La Liqasının 35-ci turunda "Valensiya" səfərdə "Atletik"ə 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, "San Mames" stadionunda keçirilən görüşün taleyini ikinci hissədə vurulan yeganə qol həll edib. "Valensiya"nın hücumçusu Umar Sadik 72-ci dəqiqədə fərqlənərək komandasına üç xal qazandırıb.

Qonaqlar daha əvvəl hesabı açmaq üçün yaxşı imkan əldə ediblər. Lakin 27-ci dəqiqədə Uqo Duro penaltidən yararlana bilməyib. Buna baxmayaraq, "Valensiya" fasilədən sonra istəyinə çatıb və Bilbaodan qələbə ilə ayrılıb.

Bu nəticədən sonra "Atletik" 44 xalla turnir cədvəlində doqquzuncu pillədə qalıb. "Valensiya" isə xalını 42-yə çatdıraraq 12-ci sıraya yüksəlib.

18:42

Futbol üzrə İspaniya La Liqasının 35-ci turunda "Vilyarreal" səfərdə "Malyorka" ilə 1:1 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, qonaqlar 31-ci dəqiqədə hesabı açıblar. Ayose Peres penaltini dəqiq yerinə yetirərək "Vilyarreal"ı önə keçirib.

"Malyorka" fasilə ərəfəsində tarazlığı bərpa edib. Meydan sahiblərinin qolunu 45+2-ci dəqiqədə Vedat Muriqi vurub. Bu qol görüşdə yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra "Vilyarreal" xalını 69-a çatdırıb və turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. "Malyorka" isə 39 xalla 13-cü sıradadır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:26

Çempionlar Liqası pley-off mərhələsinin püşkü atılacaq

Futbol
Bu gün, 10:02

Cud Bellinqem “Birminhem”ə qayıdışını baş_keçirib

Cüdo
Bu gün, 09:50

Asəf Çopurovun gələcəyi yenidən diqqət mərkəzinə düşüb

Futbol
Bu gün, 09:40

FİFA prezidentinin 30 milyon dollar maaş arzusu gerçəkləşmədi

Futbol
Bu gün, 09:20

Fənərbaxçanın Konfrans Liqasının ən yaxşı oyunçusu ilə maraqlı danışıqları

Futbol
Bu gün, 09:13

Mudrikin qayıdışına Xabi Alonso sevinib

Futbol
Bu gün, 08:40

İnter Mussa Diabinin transferi üçün Əl-İttihadla danışıqlara başladı

Tennis
Bu gün, 08:38

Venus Uilyams ardıcıl 10-cu məğlubiyyətini aldı

Futbol
Bu gün, 08:00

Braziliyada 15 yaşlı futbolçu yoldaşlıq oyunu zamanı güllələnib

Boks
Bu gün, 07:45

Ceyk Pol UFC döyüşçüsünü boksa çağırır

Futbol
Bu gün, 06:53

Komo azarkeşləri üçün sərt tələblər

Formula 1
Bu gün, 05:47

Toto Volff “Mercedes”in Mövsümün İkinci Yarısında Yeniliklər Planını Açıqlayıb

Futbol
Bu gün, 04:35

Rusiya Premyer Liqasında penaltiyə səbəb olan qeyri-adi səhv

Minifutbol
Bu gün, 03:45

"Marafon" futzol komandası yeni qapıçı ilə güclənib

Futbol
Bu gün, 01:48

Valentin Barko “Çelsi”yə keçdi

Futbol
Bu gün, 01:30

Lionel Messi dünya çempionatından sonra ilk rəsmi oyununa çıxıb

Qolf
Bu gün, 01:23

Donald Tramp öz qolf klubunda iki çempionluq qazandı

Futbol
Bu gün, 01:05

Yan Diomandenin “Real”a keçidi təhlükəyə düşdü

Futbol
Bu gün, 00:44

Argentinada bir dəqiqədə iki qeyri-adi qol

Digər
Bu gün, 00:06

Tofiq Musayev UFC-də parlaq qələbəsindən sonra Azərbaycana qayıdıb

Futbol
Bu gün, 00:05

"Qəbələ" Qətər klubuna qalib gəldi

Futbol
Dünən, 23:49

“Liverpul” Fikayo Tomori ilə maraqlanır

Futbol
Dünən, 23:28

Zidanın debütü ilə maraqlı oyun: Fransa-İtaliya matçı üçün biletlər satılıb

Futbol
Dünən, 23:12

Coi Verman doqquzuncu dəqiqədə qırmızı vərəqə alıb

Oxşar xəbərlər