top
La Liqa: 31-ci turda Atletik - Vilyarreal, Selta - Oviedo, Malyorka - Rayo Valyekano və Osasuna - Betis matçlarının nəticələri Idman.biz
13 aprel 2026, 01:19
- ↺ +

La Liqa: 31-ci turda "Atletik" - "Vilyarreal", "Selta" - "Oviedo", "Malyorka" - "Rayo Valyekano" və "Osasuna" - "Betis" matçlarının nəticələri

İspaniya La Liqasının 31-ci turu çərçivəsində "Atletik" və "Vilyarreal" komandaları üz-üzə gəlib. Bilbaonun "San-Mames Barriya" stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 26-cı dəqiqədə "Vilyarreal"ın müdafiəçisi Serxi Kardona açıb. Birinci hissəyə əlavə olunmuş vaxtda Alfonso Qonsales qonaqların üstünlüyünü artırıb. 84-cü dəqiqədə "Atletik"in hücumçusu Qorka Quruzeta fərqi minimuma endirsə də, bu, məğlubiyyətdən qaçmaq üçün kifayət etməyib.

Bu qələbədən sonra 31 oyundan 61 xal toplayan "Vilyarreal" İspaniya çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Aktivində 38 xal olan "Atletik" isə 11-ci sırada yer alıb.

22:58

İspaniya La Liqasının 31-ci turu çərçivəsində "Selta" öz meydanında "Oviedo"nu qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı sensasiyalı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyunun startını uğursuz keçiriblər və artıq beşinci dəqiqədə qapılarında qol görüblər. "Oviedo"nun heyətində Alberto Reyna hesabı açıb. Fasiləyə az qalmış qonaqlar fərqi artırmağı bacarıblar - İlyas Şairin ötürməsini Federiko Vinyas qola çevirib.

"Selta" oyunun gedişatını dəyişməyə çalışsa da, rəqib savadlı müdafiə olunub. 57-ci dəqiqədə isə qonaqlar hesabı darmadağın səviyyəsinə çatdırıblar. Federiko Vinyas dublunu rəsmiləşdirərək matçda son nöqtəni qoyub.

Bu məğlubiyyətdən sonra 44 xalı olan "Selta" turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Xallarının sayını 27-yə çatdıran "Oviedo" isə 19-cu yerə yüksəlib.

20:46

"Malyorka" İspaniya La Liqasının 31-ci turu çərçivəsində öz meydanında "Rayo Valyekano"nu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Malyorka"nın heyətində Vedat Muriçi dubl edib (36-cı və 40-cı dəqiqə). Komandanın digər qoluna isə 65-ci dəqiqədə Yan Virxili imza atıb.

Bu qələbədən sonra xallarının sayını 34-ə çatdıran "Malyorka" turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. Aktivində 35 xal olan "Rayo Valyekano" isə 13-cü yerdədir.

18:44

İspaniya La Liqasının 31-ci turu çərçivəsində "Osasuna" və "Betis" komandaları üz-üzə gəliblər. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, qonaqlar oyunun startında hesabı açıblar. Matçın yeddinci dəqiqəsində "Betis"in vingeri Abde Ezzalzuli fərqlənməyi bacarıb. Meydan sahibləri bu qola 40-cı dəqiqədə cavab veriblər. "Osasuna"nın hücumçusu Ante Budimir penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib.

Hazırda "Betis" turnir cədvəlində 46 xalla beşinci pillədə qərarlaşıb. "Osasuna" isə 39 xalla doqquzuncu sıradadır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Bu gün, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Bu gün, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Bu gün, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
Dünən, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Qarabağ FK
Dünən, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
08 oktyabr 2026, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
08 oktyabr 2026, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
08 oktyabr 2026, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
08 oktyabr 2026, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
08 oktyabr 2026, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
08 oktyabr 2026, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
08 oktyabr 2026, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Oxşar xəbərlər