top
Kurban Berdiyev Turan Tovuzun avrokuboklara vəsiqəsi və heyətin gücləndirilməsi barədə danışıb Idman.biz
10 may 2026, 23:29
- ↺ +

Kurban Berdiyev "Turan Tovuz"un avrokuboklara vəsiqəsi və heyətin gücləndirilməsi barədə danışıb

Futbol üzrə Misli Premyer Liqasında çıxış edən "Turan Tovuz" komandasının baş məşqçisi Kurban Berdiyev 31-ci turun "Karvan-Yevlax"la oyunundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis matçın çətin keçəcəyini əvvəlcədən bildirdiyini deyib. O, futbolçuların qarşılaşmanın məsuliyyətini yaxşı anladıqlarını vurğulayıb.

"Futbolçulara çətin oyun olacağını demişdim. Çünki onlar məsuliyyəti dərk edirdilər. Şükür Allaha, qələbə qazanaraq tapşırığın öhdəsindən gəldik", – deyə Berdiyev bildirib.

Baş məşqçi Azərbaycandakı uğurun onun karyerasında xüsusi yer tutduğunu qeyd edib. Onun sözlərinə görə, "Turan Tovuz"da görülən iş təkcə nəticə baxımından deyil, klubun inkişaf yolu və azarkeşlərə sevinc bəxş etmək məqsədi ilə də önəmlidir:

"Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur. Çünki mən bura gələndə klub prezidenti qarşımıza xeyirli məqsədlər qoydu ki, tovuzlu azarkeşlərə sevinc bəxş edək. Klub prezidentinə təşəkkür edirəm ki, bu layihəyə görə ürəyini qoydu. Bu müddət ərzində harada oynamağımızdan asılı olmayaraq bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Bu uğur karyeramda xüsusi əhəmiyyətli yer tutur. Çünki bu iki il ərzində ən aşağı nöqtələrdən başladıq və gəldiyimiz nöqtə budur – avrokuboklara gedirik".

Berdiyev "Turan Tovuz"un avrokuboklarda uğurlu çıxış etməsi üçün heyətin gücləndirilməsinin vacibliyini də bildirib. O, klub rəhbərliyinin bu istiqamətdə tapşırıq verdiyini söyləyib:

"Klub prezidenti tapşırıq verib ki, heyət güclənməlidir. Futbolçular dəvət etmək üçün variantlar axtarırıq. Oyunçuları dəvət edəndə baxırlar ki, klub avrokuboklarda oynayır, ya yox. İndi daha asan olacaq".

Mütəxəssis növbəti mövsüm Premyer Liqada hədəfin yüksəlib-yüksəlməyəcəyi ilə bağlı isə ehtiyatlı danışıb. Berdiyev bunun komandanın nə dərəcədə güclənəcəyindən asılı olacağını qeyd edib:

"Bu barədə indidən danışmaq çətindir. Bu, komandanın nə qədər güclənməyindən asılı olacaq. Baxın, "Sabah" güclü heyətə sahib olduğu üçün çempion oldu. Bunu da inkar edə bilmərik. Məhz gələnlər "Sabah"ın oyununu canlandırdı. Həmçinin baş məşqçi amili də özünü doğrultdu".

"Turan Tovuz" bu qələbə ilə avrokuboklara vəsiqə hədəfinə çatıb və mövsümün əsas uğurlarından birinə imza atıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Oxşar xəbərlər