Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yeni rekorda imza atıb.
İdman.biz xəbər verir ki, o, buna Millətlər Liqasında Polşaya 5:1 hesabı ilə qalib gəldikləri oyunda nail olub.
39 yaşlı Ronaldo yığmada 132-ci qələbəsini qazanmaqla ispaniyalı müdafiəçi "Real"dakı sabiq komanda yoldaşı Serxio Ramosa məxsus rekordu (131 qələbə) yeniləyib.
Qeyd edək ki, bu göstəricidə üçüncü yerdə "Real"ın digər keçmiş ulduzu İker Kasilyasdır. O, İspaniya millisi ilə 121 qələbəyə sevinib.
İdman.biz