top
Zaur Həşimov: Estoniya ilə matç millimiz üçün finala bərabərdir - MÜSAHİBƏ İdman.biz
16 noyabr 2024, 13:07
- ↺ +

Zaur Həşimov: "Estoniya ilə matç millimiz üçün finala bərabərdir" - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq müdafiəçisi Zaur Həşimovun Sportal.az saytına müsahibəsi

- Azərbaycan yığması bu gün Qəbələdə Estoniya yığması ilə qarşılaşacaq. Bu matçdan gözləntilərin nələrdir?

- Gözləntim yalnız qələbədir. Çünki biz heyət olaraq Estoniyadan üstünük. Həm də, artıq qələbə qazanıb azarkeşlərimizi sevindirmək vaxtıdır. Məncə, yaxşı da şansdır. Millimizə uğurlar arzulayıram.

- Azərbaycan millisi Tallində Estoniyaya uduzmuşdu. Bu görüş onlar üçün yaxşı revanş hissi, motivasiya ola bilər?

- Bu oyun yığmamız üçün finala bərabərdir. Millinin formasını geyinmək böyük motivasiyadır. Revanş hissi isə mütləq olmalıdır. Belə olacağına inanıram.

- Əvvəlki toplanışlardan fərqli, bu dəfə milli daha uzun müddət birlikdə idi. Demək olar ki, baş məşqçi Fernandu Santuşun futbolçulara oyun fəlsəfəsini aşılamaq üçün daha yaxşıdır.

- Santuş millini artıq 4 oyuna çıxarıb. Futbolçuları daha yaxşı tanıyır. Onların potensialına da bələddir. Bu dəfə oyuna hazırlaşmaq üçün daha çox vaxtı olub. Düşünürəm ki, bu gün meydanda bəhrəsini də görəcəyik.

- Yəqin ki, Estoniyanı uda bilməməyin bəhanəsi olmamalıdır. Yoxsa, heç-heçəni də normal qəbul edəcəksən?

- Estoniyanı mütləq məğlub etməliyik. Heç-heçə haqda düşünmək lazım deyil. Yalnız qələbə haqda düşünməliyik. Ümidvaram ki, Azərbaycan millisi uğurlu nəticə qazanacaq.

- Milli bu oyunda da uduzarsa, böyük ehtimalla D divizionuna yuvarlanacaq. Bu baş verərsə, böyük uğursuzluq hesab olunmalıdır? Çünki Santuş milliyə kömək üçün gətirilib, amma komandanı C divizionunda saxlaya bilməmiş olacaq...

- Bəli, Estoniyaya məğlubiyyət bizi D divizionuna göndərəcək. Futbolçular, məşqçi heyəti bunu yaxşı başa düşür. Qrupumuzda Estoniyanın əvəzinə daha güclü komanda olsaydı, məsələyə daha nikbin yanaşılardı. Qrupda Estoniya ilə rəqabətdə sonuncu olmağı heç birimiz istəmirik. Ümid edək ki, hər şey yaxşı bitəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Oxşar xəbərlər