Millətlər Liqasının İsveç – Azərbaycan oyununun təyinatları bəlli olub.
İdman.biz xəbər verir ki, C liqasının 1-ci qrupunun qarşılaşmasını Polşadan olan hakimlər idarə edəcəklər.
VI turun noyabrın 19-dakı görüşünün baş hakimi Pavel Raçkovski olacaq. Ona Radoslav Syejka və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytseh Miç yerinə yetirəcək.
Qeyd edək ki, Solnadakı "Strauberri Arena"da təşkil olunacaq İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.