top
“Qarabağ”dan yayda gedənlər: Kim harada nə edir? İdman.biz
16 noyabr 2024, 11:55
- ↺ +

“Qarabağ”dan yayda gedənlər: Kim harada nə edir?

Yayda "Qarabağ"ı tərk edən futbolçuların hərəsi bir ölkəyə üz tutdu.

Andrey Lunyovu şirin xatirələrlə yad edənlər tapılsa da, Emanuel Addaidənsə Hamidu Keytanın faydalı olduğunu düşünənlər də az deyil.

Futbolçu keyfiyyətlərini göstərməkdən çox, şirin zarafatlarla yadda qalan Luka Quqeşaşvili ilə vaxtilə 10 milyon avro dəyəri olan Adama Diakabi də "köhlən atlar"ın sabiqləridir.

Maksim Medvedev isə futbolçu karyerasını başa vuraraq məşqçilik fəaliyyətinə başlayıb.

Onlar indi haradadırlar? Komandaları üçün nə dərəcədə faydalı hesab olunurlar? Yeni klublarında əsas heyətdə yer alırlar?

Andrey Lunyov

3 illik fasilədən sonra vətəni Rusiyaya qayıdaraq Moskva "Dinamo"su ilə 2 illik sözləşmə imzalayan təcrübəli qapıçı komandasının Premyer Liqada keçirdiyi 15 oyunun 14-də "çərçivə"də yer alıb. Bir oyunda əvəzləndiyindən, 1249 dəqiqə meydanda olub. 4 matçda qapısının toxunulmazlığını qorusa da, digər 10 qarşılaşmada topu 16 dəfə tordan çıxarıb. Hazırda "Dinamo"nun "1 nömrə"si məhz Andreydir.

15 turdan sonra aktivində 30 xal olan paytaxt təmsilçisi 16 komanda arasında 4-cü pillədə yer alıb.

Hamidu Keyta

Cari mövsümə "Qarabağ"da başlayıb, sentyabrda ölkəmizi Türkiyəyə dəyişən fransalı cinah yarımmüdafiəçisi "Konyaspor"un uğurları üçün tər tökür.

Keyta buradan gedəndən sonra Super Liqada 1-i əsas heyətdə olmaqla, ümumilikdə 8 qarşılaşmada şans qazanıb. Cəmi 211 dəqiqə şans qazanmaqla "Trabzonspor"un qapısına vurduğu qolla yadda qalıb.

Türkiyə kubokunda isə 1 oyunda əsas heyətdə yer alıb.

12 turdan sonra aktivində 14 xal olan Konya təmsilçisi 19 komanda arasında 10-cu pillədə yer alıb.

Luka Quqeşaşvili

"Qarabağ"da yetərincə şans qazanmadığına görə yayda Azərbaycanı tərk edən Gürcüstan millisinin üzvünün Yunanıstandakı işləri yağ kimi gedir.

"Panserraikos"la 2 illik müqavilə bağlayan 25 yaşlı futbolçu komandasının əsas heyət üzvü hesab olunur. Luka çempionatdakı 11 oyunun hamısında start heyətində yer alıb və sona qədər oynayıb.

Cəmi 2 matçda qapısının toxunulmazlığını qoruyub, yerdə qalan 9 görüşdə 21 qol buraxıb.

Aktivində 10 xal olan "Panserraikos" 14 komanda arasında 10-cu pillədə yer alıb.

Adama Diakabi

"Qarabağ"ın yanlış transferlərinin siyahısına aid olan Diakabi Türkiyədə də çətin günlər yaşayır. İyulda Azərbaycan çempionunu I Liqa təmsilçisi "Bandırmaspor"a dəyişən sabiq "Monako"luya yeni komandasında da ehtiyat qüvvə kimi baxılır.

Çempionatda 12 oyunun 8-də adı iştirak ərizəsində salınsa da, bunların cəmi 2-də "11-lik"də görünüb. Ümumilikdə şans qazandığı 221 dəqiqə ərzində nə qol vurub, nə də məhsuldar ötürmə verib.

Super Liqaya vəsiqə qazanmağa əsas namizədlərdən sayılan "Bandırmaspor" 12 oyunda aktivinə yazdırdığı 24 xalla 20 komanda arasında 2-ci pillədə yer alıb (Sportinfo.az).

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Oxşar xəbərlər