top
Fernandu Santuş şans vermirsə Ozan Kökçünü uzaq Finlandiyadan niyə çağırır? İdman.biz
16 noyabr 2024, 13:55
- ↺ +

Fernandu Santuş şans vermirsə Ozan Kökçünü uzaq Finlandiyadan niyə çağırır?

Estoniya millisinin hazırkı heyətində 12 legioner yer alsa da, Azərbaycan yığmasında xarici klublarda çıxış edən futbolçular sayı bunun yarısı qədərdir.

İdman.biz xəbər verir ki, Fernandu Santuş Estoniya və İsveçlə qarşıdakı oyunlar üçün heyətə altı legioner çağırıb və onlardan da mərkəz müdafiəçisi Zamiq Əliyev ilk dəfə əsas millinin formasını geyinə bilər.

Albaniyada "Eqnatia" klubunda çıxış edən 23 yaşlı futbolçu oktyabrda Estoniya və Slovakiya ilə matçlara dəvət alsa da, meydana çıxmamışdı – digər legioner futbolçumuz Ozan Kökçü kimi. HJK klubunda oynayan 26 yaşlı yarımmüdafiəçi millimizlə Tallinn və Bakıya səfər etməsinə baxmayaraq, ötən ay bir dəqiqə belə şans qazanmadı. Görünür, portuqaliyalı mütəxəssis sentyabrdakı matçlarda, o cümlədən start heyətində meydana çıxdığı Slovakiya səfərində (fasilədə əvəzlənib) Ozanın oyununu bəyənməyib. Amma bəyənməyibsə, onu bizdən 2800 km uzaqlıqdakı Finlandiyadan Bakıya niyə çağırır?

Rahil Məmmədov isə Polşadan milliyə boşuna gəlmir. 28 yaşlı müdafiəçi Fernandu Santuşun ən güvəndiyi legioner saymaq olar. "Radomiak"ın futbolçusu UEFA Millətlər Liqasında İsveçlə ilk oyunda çıxış etməsə də, sonrakı üç qarşılaşmanın hər birində 90 dəqiqə meydanda olub. Amma slovaklarla son matçda avtoqola da imza atması ilə Fernandu Santuşu məyus edib.

Digər legionerlərdən Anton Krivotsyuk milliyə uzaq Cənubi Koreya ("Daejeon"), Mahir Emreli Almaniya ("Nürnberq"), Coşqun Diniyev isə Türkiyədən ("Bandırmaspor") gəlsələr də, əminliklə əsas heyət üzvü ola bilməyiblər. Gah start heyətində meydana çıxıb, sonra əvəz olunurlar, gah da sonradan meydana çıxıb az şans qazanırlar. Üstəlik, Mahir slovaklarla son oyunda iki sarı vərəqə alaraq meydandan çıxarıldığından Estoniya ilə bugünkü qarşılaşmanı da buraxmalı olacaq.

Əvvəlki dörd matçda çıxış etmiş legionerlərdən Fernandu Santuşun çox güvəndiyi "Ankaragücü"lü Renat Dadaşov zədə üzündən artıq bir aya yaxındır yaşıl meydanlardan uzaq düşüb. O, bu mövsüm UEFA Millətlər Liqasındakı dörd matçın üçündə start heyətində yer alıb, ikisində 90 dəqiqə oynayıb, amma cəmi bir dəfə - evdə İsveçlə görüşdə rəqib qapısına yol tapıb.

Ukraynada ("Polissya") oynayan yarımmüdafiəçi Emil Mustafayev isə Slovakiya ilə səfər qarşılaşmasında start heyətində yer alsa da, fasilədə əvəzlənib. Sonra da onu millidə görən olmayıb.

Rasim
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Oxşar xəbərlər