İtaliyanın "Milan" klubunun vingeri Kristian Pulişiç yayda İngiltərə Premyer Liqasına qayıda bilər.
"Report" "GiveMeSport"a istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun xidmətində "Tottenhem" maraqlıdır.
"Rossonerilər" amerikalı oyunçunu təxminən 55 milyon avro qarşılığında satmağa hazırdır.
K.Pulişiç 2023-cü ilin iyulunda "Çelsi"dən 20,8 milyon avroya transfer olunub.
Qeyd edək ki, A Seriyası təmsilçisi ilə 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçu cari mövsümdə bütün turnirlərdə 20 matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.