Türkiyə Super Liqasının doqquzuncu turunda "Konyaspor" doğma meydanda "Gənclərbirliyi"ni 2:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, Konya Böyükşəhər Bələdiyyəsi stadionunda keçirilən qarşılaşmada hər iki qolun müəllifi Çidozi Avaziyem olub.
Meydan sahibləri 43-cü dəqiqədə hesabı açıblar. Dəniz Türüçün ötürməsindən sonra fərqlənən nigeriyalı müdafiəçi komandasını fasiləyə üstün yollayıb.
İkinci hissədə də təşəbbüs "Konyaspor"un tərəfində olub. Avaziyem 56-cı dəqiqədə yenidən fərqlənərək dublunu rəsmiləşdirib.
"Gənclərbirliyi"nin hesab arasındakı fərqi azaltmaq imkanı olsa da, qonaqlar bundan yararlana bilməyiblər. 75-ci dəqiqədə Franko Tonqya penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Beləliklə, "Konyaspor" doğma meydanda iki cavabsız qolla qələbə qazanıb.
Qeyd edək ki, komandaların ötən mövsümdəki hər iki çempionat qarşılaşmasında da "Konyaspor" qalib gəlib - 2:1 və 1:0.