top
Konfrans Liqası: Kristal Palas yarımfinalda, Fiorentina mübarizəni dayandırdı, Şaxtyor da irəlidədir Idman.biz
17 aprel 2026, 01:19
- ↺ +

Konfrans Liqası: "Kristal Palas" yarımfinalda, "Fiorentina" mübarizəni dayandırdı, "Şaxtyor" da irəlidədir

UEFA Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində İtaliyanın "Fiorentina" və İngiltərənin "Kristal Palas" komandaları arasında cavab görüşü keçirilib. Florensiyadakı "Artemio Franki" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunda hesabı 17-ci dəqiqədə qonaqların vingeri İsmaila Sarr açıb. Lakin "bənövşəyilər" tezliklə tarazlığı bərpa ediblər - 30-cu dəqiqədə Albert Qudmundsson penalti zərbəsini dəqiq yerinə yetirib. İkinci hissənin əvvəlində, 53-cü dəqiqədə yarımmüdafiəçi Şer Ndur "Fiorentina"nı önə keçirsə də, italyanlar üçün bu, ümumi nəticəni dəyişməyə kifayət etməyib.

Xatırladaq ki, komandalar arasında bir həftə əvvəl Londonda keçirilən ilk görüş "Kristal Palas"ın 3:0 hesablı darmadağını ilə yekunlaşmışdı. İki oyunun nəticəsinə görə (4:2) yarımfinala yüksələn London təmsilçisi bu mərhələdə Ukraynanın "Şaxtyor" klubu ilə qarşılaşacaq. "Fiorentina" isə öz meydanındakı qələbəyə rəğmən turnirlə vidalaşıb.

22:51

UEFA Konfrans Liqasının 2025/2026 mövsümünün 1/4 final mərhələsi çərçivəsində Niderlandın "AZ Alkmar" və Ukraynanın "Şaxtyor" komandaları arasında cavab görüşü keçirilib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunun ilk hissəsində azarkeşlər dörd qolun şahidi olublar. 58-ci dəqiqədə qonaqların vingeri Alison hesabı açıb. Meydan sahibləri bu qola 73-cü dəqiqədə İsak Yensenlə cavab veriblər. 80-ci dəqiqədə Matey Şin Niderland təmsilçisini önə çıxarsa da, "Şaxtyor"un braziliyalı üzvü Luka Meirelles 84-cü dəqiqədə tarazlığı bərpa edərək yekun hesabı müəyyənləşdirib.

Xatırladaq ki, aprelin 9-da keçirilən ilk görüşdə Ukrayna klubu rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. İki oyunun nəticəsinə görə (5:2) yarımfinala yüksələn "Şaxtyor" bu mərhələdə "Fiorentina" - "Kristal Palas" cütünün qalibi ilə qarşılaşacaq.

09:25

Bu gün UEFA Konfrans Liqasının yarımfinalçıları bəlli olacaq.

İdman.Biz xəbər verir ki, ümumilikdə dörd qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında "AZ Alkmaar" (Niderland) ilə "Şaxtyor Donetsk" (Ukrayna) üz-üzə gələcək. Bu qarşılaşma saat 20:45-də baş tutacaq.

Digər matçlarda isə "Fiorentina" (İtaliya) klubu "Kristal Pelas" (İngiltərə) ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası
1/4 final mərhələsi
16 aprel
20:45. "AZ Alkmaar" (Niderland) - "Şaxtyor Donetsk" (Ukrayna)

İlk oyun - 0:3
23:00. "Fiorentina" (İtaliya) - "Kristal Palas" (İngiltərə)
İlk oyun - 0:3
23:00. "Strasburq" (Fransa) - "Maynts 05" (Almaniya)
İlk oyun - 0:2
23:00. AEK (Afina, Yunanıstan) - "Rayo Valyekano" (İspaniya)
İlk oyun - 0:3

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Bu gün, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Bu gün, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Bu gün, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Bu gün, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Bu gün, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Bu gün, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Oxşar xəbərlər