Bu gün "Araz-Naxçıvan" UEFA Konfrans Liqasında növbəti oyununa çıxıb.
İdman.biz xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı III təsnifat mərhələsinin ilk qarşılaşmasında Kipr "Omoniya"sı ilə qarşılaşıbş
Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan "Aris"ini mübarizədən kənarlaşdıran "Araz-Naxçıvan" öz meydanında uğursuz çıxış edib. Erkən qollar buraxan Elmar Baxşıyevin baş məşqçi olduğu komanda 0:4 hesabı ilə uduzub.
Bu nəticədən sonra "Araz-Naxçıvan"ın səfərdə geridönüş edəcəyi real görünür.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
7 avqust
20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Omoniya" (Kipr) - 0:4
Qollar: Laizos Laizu, 13; 23. Evandro, 55. Stefan Yovetiç, 58
Baş hakim: Andrjey Berka (Çexiya)
"Araz-Naxçıvan": 12. Kristian Avram, 77. Bruno Aleksandre, 3. Bəxtiyar Həsənalızadə, 17. İssuf Paro, 34. Ürfan Abbasov (k), 6. Patrik Andrade, 29. Vanderson Melo, 70. Şarl Boli, 10. Felipe Santos, 19. Bar Kohen, 11. Ba-Muaka Simakala
Baş məşqçi: Elmar Baxşıyev
"Omoniya": 40. Fabiano, 3. Fotios Kitsos, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Stefan Yovetiç, 11. Evandro, 14. Mateo Mariç, 21. İonnis Masuras, 30. Nikolas Panaqiotu, 31. İonnis Kussulos, 75. Laizos Laizu
Baş məşqçi: Henninq Berq
Bakı, "Dalğa Arena"
Qeyd edək ki, cavab oyunu avqustun 14-də səfərdə olacaq.
İdman.biz