top
Kompaninin yoxluğunda Denks Bavariyanın Frayburqla oynaq əvvəlki oyun planını açıqladı Idman.biz
Bu gün, 14:13
- ↺ +

Kompaninin yoxluğunda Denks "Bavariya"nın "Frayburq"la oynaq əvvəlki oyun planını açıqladı

Almaniyanın "Bavariya" futbol komandası baş məşqçi Vensan Kompaninin yoxluğunda Bundesliqada "Frayburq"la oyuna hazırlaşır.

İdman.Biz "Sportschau" nəşrinə istinadən xəbər verir ki, səhhətində yaranan problemlər səbəbindən vəzifəsini müvəqqəti icra edə bilməyən belçikalı mütəxəssisi köməkçisi Aaron Denks əvəz edəcək.

43 yaşlı məşqçi qarşılaşmadan əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, komanda mövcud taktiki sistemə sadiq qalacaq və ciddi dəyişikliklərə əl atmayacaq.

"Biz yeni heç nə sınamayacağıq və fərqli ideyalar tətbiq etməyəcəyik. Bildiyimiz üsullarla davam edəcəyik. Bu, həm komandanı, həm də məni sakitləşdirir", - deyə Denks bildirib.

Onun sözlərinə görə, məşqçilər korpusu "Frayburq"la oyunun planını Kompaninin iştirakı olmadan hazırlayacaq. Denks səhhətindəki problemlərə görə müalicə olunan baş məşqçi ilə futbol məsələlərini müzakirə etməməyə çalışdıqlarını vurğulayıb.

"Biz məşqçilər heyəti olaraq adi iş qaydamızı qorumağa çalışırıq. Uzun müddətdir birlikdə çalışırıq və nə etdiyimizi bilirik. Belə vəziyyətlərdə emosiyalara qapılmaq olmaz. Əks halda təzyiqi daha çox hiss edirsən", - deyə mütəxəssis bildirib.

Denks üçün "Bavariya"nın oyununa rəhbərlik etmək ilk təcrübə olmayacaq. O, apreldə Çempionlar Liqasının yarımfinalında PSJ ilə keçirilən və Münhen təmsilçisinin 4:5 hesabı ilə məğlub olduğu qarşılaşmada da Kompanini əvəz edib. Həmin vaxt belçikalı mütəxəssis sarı vərəqələrə görə cəzalı olub.

Lakin indiki vəziyyət əvvəlkindən fərqlənir. Apreldə Kompani matçöncəsi hazırlıq prosesinə rəhbərlik edə bilsə də, bu dəfə məşqçilər korpusu bütün qərarları müstəqil qəbul etməlidir.

"Bavariya" qarşıdakı oyuna ciddi heyət problemləri ilə çıxacaq. Camal Musiala səhhətindəki nevroloji problemlərə görə bir neçə dəfə məşqlərdən və oyunlardan kənarda qalıb. Coşua Kimmix atasının vəfatından sonra komandaya kömək edə bilmir.

Əsas qapıçı Manuel Noyer ayağındakı vətər problemi, Kim Min Ce isə əzələ dartılması səbəbindən "Frayburq"la görüşü buraxacaq. Aleksandar Pavloviçin də qarşılaşmada iştirak etməyəcəyi barədə məlumatlar yayılıb.

Bununla belə, Denks komandasına inandığını vurğulayıb.

"Futbolçularımıza güvənirəm. Çətin vəziyyətdir, amma bu klubda öyrəndiyim əsas məqamlardan biri oyunçuların peşəkarlığı, qələbə əzmi və kollektivimizin gücüdür. Son iki ildə, əsasən Vinsentin sayəsində, aramızda çox yaxşı münasibətlər və ailə mühiti yaranıb. İnanırıq ki, bu birlik bizə oyunda kömək edəcək", - deyə o bildirib.

Qeyd edək ki, Kompaninin məşqçi kimi fəaliyyətinə qayıtmasının daha bir neçə həftə çəkəcəyi gözlənilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:49

Kəpəz’in növbəti iki ev oyunu üçün biletlər satışa çıxarıldı

Futbol
Bu gün, 14:38

Bakıda U-15 DÇ-də Kolumbiya 11:0, Benin 10:0 hesablı qətiyyətlə qalib gəldi

Futbol
Bu gün, 14:30

Manchester United, Liverpool və Arsenal Bayern yarımmüdafiəçisinə baxır

Futbol
Bu gün, 14:25

Azərbaycanlı futbolçu İmanverdiyev Mursiyada üçüncü liqada oynayacaq

Futbol
Bu gün, 14:21

Barselona Balden gedərsə, Yuventusun müdafiəçisi Kambyazo ilə maraqlanır;

Futbol
Bu gün, 14:00

Markus Babbel: Ballon d’Or dünyadakı ən böyük sirk tamaşasıdır

Futbol
Bu gün, 13:50

U-15 Dünya Kuboku: Azərbaycan millisi Andorraya 1-0 qalib gəldi

Boks
Bu gün, 13:37

Azərbaycanın iki gənc boksçusu Budvada keçirilən dünya çempionatının yarımfinalına çıxır

Boks
Bu gün, 13:28

Daniel Dübua vs Tayson Fyuri döyüşü üçün favori kim?

Futbol
Bu gün, 13:19

Neymar qırmızı kartla meydandan atıldı və bunu irqçilik kimi tanıdı;

Futbol
Bu gün, 13:15

Lineker və Şirer: Fabre Manchester United təklifini geri çəkməli

Futbol
Bu gün, 12:57

Neymar bir gündə qırmızı kart və siyasi video ilə gündəmə gəldi

Futbol
Bu gün, 12:46

Rosio Eskandell: Lamin Yamalın uğuru Rokafonda ilham yaradır

Basketbol
Bu gün, 12:40

ABL 4-cü tur: Neftçi – Gəncə, LANDAU Lions – Sumqayıt

Digər
Bu gün, 12:29

Selcan Babayeva Avropa çempionatında qızıl medalla qalib gəldi

Futbol
Bu gün, 12:13

Mançester Yunayted "Mançester Siti"nin sol cinah müdafiəçisini icarəyə götürmək istəyir

Futbol
Bu gün, 11:51

FIFA U-15 Dünya Çempionatı çərçivəsində Bakıda Kanaki‑Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası

Futbol
Bu gün, 11:15

Xviça Kvaratsxeliya İngilis klublarının təklifini rədd edib PSG-yə qoşuldu

Qarabağ FK
Bu gün, 11:13

6‑0 qalibiyyətdə altı qolun hamısını iki akademiya təmin edib: Ulduz FA‑nın üç qol, Sabah‑ın iki qol və bir dubl

Futbol
Bu gün, 11:02

Karlton Koul İndoneziyada derbiyə tankla getməsinin səbəbini açıqladı

Digər
Bu gün, 10:53

Volkanovski UFC 333-də Evloyevi nokautla məğlub edərək titulunu qorudu

Qarabağ FK
Bu gün, 10:39

“Sabah” və “Qarabağ” qarşılaşmasında Avropa təcribəsi ilə milli fokus: Kim qalib gələcək?

Futbol
Bu gün, 10:30

Neymar: Ən yaxşı dövrüm PSJ-də

Oxşar xəbərlər