top
Kestutis Vaşkeleviçus: Litvalı məşqçilərin Azərbaycan idmanına töhfəsi və idman maraqları - MÜSAHİBƏ Idman.biz
06 may 2026, 17:56
- ↺ +

Kestutis Vaşkeleviçus: Litvalı məşqçilərin Azərbaycan idmanına töhfəsi və idman maraqları - MÜSAHİBƏ

"Mən həm idmanla məşğul olmağı, həm də oyunları izləməyi sevirəm".

Bunu Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus AZƏRTAC-a verdiyi müsahibədə deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Sabah"ın futbol və basketbol klubları bu mövsüm Azərbaycan çempionu oldular. Maraqlı məqam ondan ibarətdir ki, hər iki komandanın baş məşqçisi – həm Valdas Dambrauskas, həm də Rimas Kurtinaytis litvalı mütəxəssislərdir. Onların uğuru barədə nə deyə bilərsiniz?

- Litvalı məşqçilərin Azərbaycanda mühüm idman nailiyyətlərinə və daha geniş mənada burada komanda idman növlərinin inkişafına töhfə verməsindən həqiqətən qürur duyuram. Biz bunun nəticələrini aydın şəkildə görürük: idmana artan ictimai maraq, böyüyən azarkeş kütləsi, həm basketbolun, həm də futbolun populyarlığının artması. Eyni zamanda, Azərbaycan həm Litvada, həm də bütün Avropada daha çox diqqət mərkəzinə çevrilir. Təkcə bu mövsüm "Sabah"ın basketbol və futbol komandalarında ümumilikdə 7 litvalı məşqçi çalışır. Onların sırasına basketbol üzrə Olimpiya çempionu və bürünc mükafatçı Rimas Kurtinaytis, həmçinin bir neçə Avropa ölkəsində çempionluq qazanmış Valdas Dambrauskas da daxildir.

Daha geniş müstəvidə desək, biz Azərbaycanda bir çox idman növü üzrə komanda idmanının dirçəlişinin şahidi oluruq. Burada mən, həmçinin "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun həqiqətən müstəsna fəaliyyətini, eləcə də basketbol, futbol, gimnastika və digər milli federasiyaların ardıcıl səylərini xüsusi vurğulamaq istərdim. Bütün bu gərgin, sistemli iş və beynəlxalq əməkdaşlıq nəticə etibarilə öz bəhrəsini verir.

- Mövsüm ərzində hər iki komandanın oyunlarını izləmək üçün arenalara getmisiniz?

- Bəli, mövsümboyu bir çox matçda iştirak etdim, çox vaxt ailəmlə və Litva icması ilə birlikdə oyunlara getdik. Bir neçə dəfə digər Avropa ölkələrindən və ABŞ-dən olan səfirlər və diplomatlarla birlikdə oyunları izləmək üçün qruplar təşkil etdik. Bu, yalnız idmanla bağlı deyil, həm də əlaqələr qurmaq və Azərbaycan idmanına azarkeşlik etmək məqsədi daşıyırdı.

- Sizin fikrinizcə, bu mövsüm hər iki komandanın ən yaxşı oyunçuları kimlər idi? Xüsusi qeyd edə biləcəyiniz adlar varmı?

- Sadəcə, bir idman azarkeşi olduğum üçün ən yaxşı oyunçuların adlarını çəkərək risk etmək istəməzdim. Bu cür qiymətləndirmələri ekspertlərin öhdəsinə buraxmağa üstünlük verirəm. Bununla belə, dünən "Sabah" və "Abşeron Lions" komandaları arasındakı son final oyunu zamanı azərbaycanlı basketbolçu Kamran Məmmədovun nümayiş etdirdiyi mübarizə ruhunu xüsusi vurğulamaq istərdim. Məhz belə anlar – qətiyyət və ustalıqla dolu məqamlar idmanı azarkeşlər üçün bu qədər cəlbedici edən amillərdir. Ümumilikdə mövsümboyu bir çox oyunçu yaddaqalan performans nümayiş etdirdi.

- Digər idman növlərinə marağınız nə dərəcədədir?

- Mən həm idmanla məşğul olmağı, həm də oyunları izləməyi sevirəm. Bir litvalı üçün basketbol təbii bir maraq olsa da, mən digər bir çox idman növünü də izləyir və dəstəkləyirəm. Azərbaycanda olduğum müddətdə basketbol və futbol matçlarında, həmçinin Azərbaycanda yarışan Litva gimnastika və avarçəkmə komandalarının çıxışlarında iştirak etmişəm.

Onu da qeyd etmək yerinə düşərdi ki, Litva və Azərbaycanın milli futbol komandaları UEFA Millətlər Liqasında eyni qrupda yer alırlar. Biz sentyabr və oktyabr aylarında qarşılaşacağıq. Mən Bakıdakı stadionda çoxlu futbol azarkeşi görməyi səbirsizliklə gözləyirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Oxşar xəbərlər