top
Kərim Lkoça: Derbidə qol vurmaqla çox möhtəşəm hisslər yaşadım Sport24.az
23 yanvar 2025, 15:40
- ↺ +

Kərim Lkoça: "Derbidə qol vurmaqla çox möhtəşəm hisslər yaşadım"

"Belə böyük hesabın qeydə alınacağı ağlımıza gəlməzdi". Sport24.az xəbər verir ki, bunu "Kəpəz"in futbolçusu Kərim Lkoça klubun mətbuat xidmətinə açıqlamasında deyib.

 

Yarımmüdafiəçi "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIX turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

 

"Gəlin səmimi olaq, bu nəticəni həqiqətən də heç kim gözləmirdi. Düzdü, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Buna kimi kubok matçlarında qol vura bilmişdim, çempionatda isə yox. Tovuzdakı görüşdə fərqlənmək şansım oldu və epizoddan maksimum istifadə edə bildim. Derbidə qol vurmaqla çox möhtəşəm hisslər yaşadım. Xüsusi gün idi. Komanda yoldaşım Camal Cəfərov məhsuldar ötürmə verib qolun vurulmasında iştirak etdi".

 

Mərakeşəsilli ispaniyalı oyunçu komandanın qarşıya qoyulan məqsədə çatacağını söyləyib:

 

"Kollektiv olaraq qış fasiləsində yaxşı hazırlaşmışıq, optimal forma yığmağa çalışmışıq. Hədəf Premyer Liqada qalmaqdır. Bunun öhdəsindən gələ biləcəyik. Çempionatın davam edən bölümündə önümüzə başqa vəzifələr də qoymağımız mümkündür".

 

Lkoça Gəncədə onu hər şeyin qane etdiyini sözlərinə əlavə edib:

 

"Burada çox xoşbəxtəm. Mənə həmişə rahatlıq və inam verən baş məşqçi ilə işləyirəm. Azərbaycan çempionatı güclü yarışdır. Mövsümün əvvəlində uyğunlaşma prosesi bir az çətin oldu. Amma klubdakı insanlar və komanda yoldaşlarım mənə hər zaman kömək etdilər. Özümüzü və azarkeşlərimizi sevindirmək üçün növbəti oyuna əzmlə hazırlaşırıq. "Səbail" ilə görüşdə qələbə qazanmağa çalışacağıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

Mauricio Pochettino Manchester United ilə iki il yarım müddətli müqavilə imzalayacaq

Futbol
Bu gün, 08:08

Virts: Klopp hər oyundan sonra mənə qısa mesajlar göndərir

Qarabağ FK
Bu gün, 08:00

Aleksey Kaşuk: Yarmolenko və Tsiqankovun məclisdə olmaması məni məyus edir, onlar mənim üçün nümunədirlər

Futbol
Bu gün, 07:14

Bellinqem İngiltərə millisində 6 asistlə Sterlinqin rekordunu təkrar etdi

Futbol
Bu gün, 06:13

Komo'nun idman direktoru Real Madridə qayıda biləcək oyunçularla bağlı açıqlama verdi

Futbol
Bu gün, 05:11

Real Madrid Santyaqo Bernabeu stadionunda FIFA nümayəndələri ilə görüş keçirdi

Futbol
Bu gün, 04:11

Manchester United-un Andersona təklifi istehza ilə qarşılandı

Futbol
Bu gün, 04:02

İspaniya millisi Çexiyanı məğlub edərək məğlubiyyətsizlik seriyasını 43 matça çatdırdı

Futbol
Bu gün, 03:12

Sergen Yalçın: “Belçikaya iki məşqlə çıxmağımız yetərli olmadı, daha çox hazırlıq vaxtına ehtiyacımız var”

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Oxşar xəbərlər