"Qəbələ" ilə son dərəcə ağır, taleyüklü oyuna çıxdıq. İsti havada təsirsiz ötüşmədi. Daha çox müdafiədən oynadıq. Əsas odur ki, bizə lazım olan qələbəni qazandıq. Çox sevincliyik". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Camal Cəfərov deyib.
24 yaşlı yarımmüdafiəçi qarşıdakı 4 tur barədə də fikirlərini bölüşüb: "Qarşıda daha 4 oyun var. Düzdü, biz əsas məqsədimizə çatmışıq, üzərimizdə təzyiq yoxdu. Ən azı risksiz meydana çıxacağıq. Buna baxmayaraq, son 4 matçda da yaxşı çıxışı etməliyik".
Müqaviləylə "Sabah"a məxsus Cəfərov "bayquşlar"ın da uğurlu çıxış edəcəyinə, avrokuboklara vəsiqə qazanacağını düşünür: "Sabah"ın heyətində səviyyəli futbolçular var. Hazırda komanda yaxşı formadadı, ardıcıl qələbələr qazanır. Fikrimcə, komanda qarşılarına qoyulan hədəfə çatacaql".
Qeyd edək ki, müqavilə ilə "Sabah"a məxsus olan vinger 2024-cü ilin yanvarından icarə əsasında "Kəpəz"in şərəfini qoruyur. Camalın icarə müddəti iyunda başa çatır.
ABDULLA İSMAYILOĞLU