"Bu mövsüm çox əziyyət çəkdik, daim gərginlik içində olduq. Amma əsas odur ki, istəyimizə çatdıq. Elitada yerimizi qorumuşuqsa, deməli yaxşı çıxış etmişik". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Elçin Əlicanov deyib.
"Sarı göylər"in müdafiəçisi növbəti mövsüm hansı komandanın formasını geyinəcəyini hələ bilmədiyini də söyləyib: "Kəpəz"lə müqaviləm bitib. Hələlik istirahətdəyəm. İndidən hansı komandanın formasını geyinəcəyimi biımirəm. Öncə "Kəpəz"lə danışıqlar aparacam, sonra digər variantları gözdən keçirəcəm".
Qeyd edək ki, 24 yaşlı müdafiəçi başa çatan mövsümdə "Kəpəz"in heyətində ümumilikdə 36 oyuna çıxıb və 2 qola imza atıb.
Polad Azər