top
“Kəpəz” rəhbərliyindən qərar: Tənqid doğuran strategiya Sport24.az
24 aprel 2026, 17:00
- +

“Kəpəz” rəhbərliyindən qərar: Tənqid doğuran strategiya

Misli Premyer Liqasında uğursuz nəticələrin fonunda "Kəpəz" daxilində böhran daha da dərinləşir. Sport24.az-ın əldə etdiyi məlumata görə, son turlarda alınan məğlubiyyətlərin ardından bu dəfə diqqət rəhbərliyin atdığı addımlara yönəlir.


Klub daxilindən əldə etdiyimiz məlumata əsasən, rəhbərlik postunu qorumaq üçün aktiv hərəkətə keçib.


Xüsusilə İdarə Heyətinin sədri Adil Vəliyev növbəti mövsüm üçün radikal dəyişikliklərə getmək əvəzinə, mövcud vəziyyəti saxlamaq xəttini seçib. Onun planına əsasən, büdcənin ən yaxşı halda hazırkı səviyyədə qalması nəzərdə tutulur.


Bu yanaşma isə azarkeşlərin gözləntiləri ilə ziddiyyət təşkil edir. "Sarı-göylər"in tərəfdarları komandanın güclənməsi üçün maliyyə artımını və heyətdə ciddi yenilənməni zəruri saydığı halda, rəhbərliyin konservativ mövqeyi faktiki olaraq inkişaf perspektivlərini məhdudlaşdırır. Mövcud heyətin böyük hissəsi ilə davam etmək planı isə uğursuz nəticələr fonunda suallar doğurur.


Hazırda turnir cədvəlində 28 turdan sonra 21 xalla 10-cu pillədə qərarlaşan "Kəpəz" üçün bu strategiya riskli görünür. Nəticələrin ortada olduğu bir vaxtda eyni resurs və eyni heyətlə növbəti mövsümə ümid etmək daha çox status-kvonu qorumağa hesablanmış addım təsiri bağışlayır.


Aydın görünür ki, klub daxilində problem təkcə meydandakı oyunla məhdudlaşmır. Rəhbərliklə texniki heyət arasında yaranan gərginlik, üstəlik strateji baxışın olmaması "Kəpəz"i çıxış yolu çətin görünən bir vəziyyətə salır. Bu şəraitdə dəyişikliklər qaçılmaz görünsə də, hazırkı addımlar əksini deməyə əsas verir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:31

Bavariya "Aston Villa"nı yoldaşlıq oyununda məğlub edib

Futbol
Bu gün, 18:16

Yuri Vernidub “Neftçi TV”yə geniş müsahibə verdi

Basketbol
Bu gün, 18:10

„LANDAU Lions“ klubuna yeni legioner

Futbol
Bu gün, 17:59

Rodriqo fiziki cəhətdən dəyişib - Mourinyonun “Real”ına hazırlaşır

Futbol
Bu gün, 17:51

PSJ Ferran Torresə müqavilə təklifi göndərib

Futbol
Bu gün, 17:40

Aston Villa Matteo Rudjerini transfer edib

Digər
Bu gün, 17:20

"Zirə" ilə Namik Ələskərov yollarını ayırıb

Digər
Bu gün, 17:00

Səbail klubu 5 legioner ilə müqavilə bağladı

Tennis
Bu gün, 16:54

Azərbaycan yeniyetmə stolüstü tennisçiləri Türkiyədə təlim-məşq toplanışında iştirak edəcəklər

Futbol
Bu gün, 16:40

Çelsi Pep Çavarriyanı Transfer Edib

Futbol
Bu gün, 16:39

"Səbail" Qubaya köçüb, yeni stadion tikəcək

Digər
Bu gün, 16:24

Azərbaycan və İran arasında gənclər və idman sahəsində əməkdaşlıq barədə razılaşma imzalanıb

Futbol
Bu gün, 16:18

Nəriman Axundzadə “Ərzurumspor”da

Cüdo
Bu gün, 15:40

Olimpiya çempionu Zelim Kotsoyevin ailəsində itki

Futbol
Bu gün, 15:20

Qazaxıstan millisinə yeni baş məşqçi təyin edilib

Cüdo
Bu gün, 15:04

Olimpiya çempionu Zelim Kotsoyevin ailəsində ölüm hadisəsi

Futbol
Bu gün, 15:00

Şəfa "Neftçi" və "Qarabağ"a qalib gəldi

Futbol
Bu gün, 14:49

Con van't Şip Qazaxıstan millisinin yeni baş məşqçisi olacaq

Futbol
Bu gün, 14:49

Qazaxıstan millisinin yeni baş məşqçisi Avropa çempionu Con van't Şip olacaq

Futbol
Bu gün, 14:20

"Bornmut" Olimpiya çempionu ilə müqavilə bağladı

Futbol
Bu gün, 14:00

“Xankəndi”də futbolçulara vəd olunan mükafatlar ödənilməyib

Qarabağ FK
Bu gün, 13:47

Elvin Cəfərquliyevin zədəsinin son durumu

Şahmat
Bu gün, 13:39

Rusiya milli şahmat komandası 2026-cı il Şahmat Olimpiadasında iştirak etməyəcək

Futbol
Bu gün, 13:20

Deportivo "Roma"nın müdafiəçisini icarəyə götürdü

Oxşar xəbərlər