top
Kaxaber Tsxadadze: Futbolçular xarakter göstəriblər Sport24.az
09 may 2026, 20:24
- ↺ +

Kaxaber Tsxadadze: "Futbolçular xarakter göstəriblər"

"Qəbələ" Misli Premyer Liqasının 31-ci turunda doğma meydanda "Qarabağ"la 1:1 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Futbolçulara təşəkkür edirəm. Bizim üçün çox vacib oyun idi. Onlar bu matçın əhəməyyətini başa düşürdülər. Vacib 1 xal qazandıq. Oyunçular bütün gücləri ilə mübarizə apardılar. "Qarabağ" meydana ən güclü heyətlə çıxmışdı. Premyer Liqada belə heyətlə sonuncu dəfə nə vaxt oynadıqlarını xatırlamıram. Onlar Çempionlar Liqasında möhtəşəm nəticələr göstəriblər. Bütün bunlar Qurban Qurbanovun əməyinin nəticəsidir. Uzun müddətdir ki, "Qarabağ"da çalışır. Deyərdim ki, Azərbaycan futbolu onun sayəsində Avropada və dünyada təmsil olunur. Bizim oyuna gəlincə, qol vəziyyətləri yaratdıq. Futbolçular yaxşı oynadılar. Səlahət Ağayevi xüsusi qeyd edərdim. Penaltidə komandanı qoldan xilas etdi. Qarşıda daha iki oyunumuz var. Hər ikisi finala bərabər matçlardır. Tez bərpa olunmalı və növbəti oyuna hazırlaşmalıyıq. Belə yüksək səviyyəli komandaya qarşı dolu tribunaların qarşısında oynamaq olduqca xoş idi. Sona qədər komandanı dəstəklədikləri üçün azarkeşlərə təşəkkür edirəm.

 

- Rəqibin "Qarabağ" olması futbolçularda əlavə motivasiya yaratmışdı?

- Milli fasilədən sonra bərbad oynadığımız matç olmayıb. "Sumqayıt"a qarşı əla oyun keçirmişdik. Bir səhv etdik, o da qolla nəticələndi. "Zirə" ilə matçı qeyd edə bilərəm. Futbolçular xarakter göstərdilər. Sadəcə bir az bəxtimiz gətirmədi. Bəli, bəzi qarşılaşmalar olmuşdu ki, narazı qalmışdım. Ona görə də turnir cədvəlində bu yerdəyik. Amma son oyunların hamısında futbolçular xarakter göstəriblər.

 


- Turnir cədvəlinə baxanda demək olar ki, "Qəbələ" I Liqa təmsilçisi ilə pley-off matçına çıxacaq?

- Hazırda yalnız növbəti oyunu düşünürük. Bizim üçün ən vacib olan növbəti matçdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:00

Fənərbaxçada Türkiyəli məşqçinin ilk zəfəri – Emre tarixə düşdü

Futbol
Bu gün, 02:51

Aleksey İsayev: "Bu gün ölkəmizə bayram bəxş etdik" – Sabaha Barcelona qarşısında şərh

Futbol
Bu gün, 02:43

Arda Turanın “Fənərbaxça” qarşısında uduzması: “Liderik, amma...”

Futbol
Bu gün, 02:21

Karim Adeyemi: "Sabah" əla oyun nümayiş etdirdi və mübarizəyə köklənmişdi

Futbol
Bu gün, 02:20

Mançester Yunayted 2:2 ilə nəticələndi, Fənərbağça 1:0 qələbə qazandı: Çempionlar Liqası V turu nəticələri

Futbol
Bu gün, 02:04

PSJ və Roma komandaları 2:2 hesabı ilə dəyəndi;

Futbol
Bu gün, 01:56

Qabriel Jezus: Qələbə ilə üç xal qazandıq

Futbol
Bu gün, 01:56

Fənərbaxça Londonda “Şaxtyor”u məğlub etdi

Futbol
Bu gün, 01:40

Lorenso Mezzotero Sampdoriya üçün Padovaya qarşı 2 qol vurub

Futbol
Bu gün, 01:40

Qavi Bakıda 'Barselona' azarkeşlərini görəndə sevindi

Futbol
Bu gün, 01:40

Dieqo Simeone qış transferində 2‑3 yeni futbolçu istəyir

Futbol
Bu gün, 01:34

Arşavin və Qleb “Sabah”ın “Barselona”ya qolu əsnasında emosional reaksiya verdilər

Futbol
Bu gün, 01:31

Qabriel Jezus: 'Sabah'la oyunda vacib üç xal qazandıq, qol vurduğum üçün xoşbəxtəm"

Futbol
Bu gün, 01:30

Nikolas Pas İngiltərə Premyer Liqasının bir neçə klubu tərəfindən maraqla izlənilir

Futbol
Bu gün, 01:24

Xəyal Əliyev ağır zədədən sonra ilk oyununda fantastik performans göstərdi;

Futbol
Bu gün, 01:20

Dambrauskas: Sabah 1:4 Barselona - Azarkeşlərin əksəriyyəti 'Barselona' üçün gəlmişdi

Futbol
Bu gün, 01:20

Entoni Qordon 'Sabah'a qarşı iki qol vurdu: Azərbaycan gözəl ölkədir, burada olduğum üçün xoşbəxtəm

Futbol
Bu gün, 01:20

Bayern 23 yaşlı Yunus Ebnutalibin transferini nəzərdən keçirir

Futbol
Bu gün, 01:10

Raxmonaliyev Çempionlar Liqasında ən yaddaqalan oyununun "Slaviya Praqa" qarşısında qələbə olaraq bildirdi

Futbol
Bu gün, 01:10

Sabahın "Barselona"ya 1:4 hesabına məğlubiyyət aldığı Çempionlar Liqası matcına Barcelona azarkeşləri axın edib

Futbol
Bu gün, 01:08

Coy-Lens Mikels: 'Çempionlar Liqasında "Barselona"ya ikinci qolumu da vura bilərdim'

Futbol
Bu gün, 01:04

Qabriel Jezus Bakıda ot örtüyü və oyunundan narazı qalıb

Futbol
Bu gün, 00:54

İvan Lepinitsa: "Barselona hazırda dünyanın ən yaxşı üç komandasından biridir, onlara qarşı oynamaq olduqca çətindir"

Futbol
Bu gün, 00:50

Yuventus

Oxşar xəbərlər