Bu gün Azərbaycan 1-ci liqasının 8-ci turuna start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.
Günün ən maraqla gözlənilən qarşılaşması Xankəndidə olub. "Xankəndi" klubu doğma şəhərindəki ilk oyununda "Karvan-Yevlax"ı qəbul edib. Əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçirilən ilk matç Yevlax təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
19 noyabr (cümə axşamı)
14:00. MOİK – "Səbail" - 0:0
Qırmızı vərəqə: E.Morqan, 75 ("Səbail")
Hakimlər: Namiq Bəkirov, Safalı Ağayev, Məmmədəli Kərimov, Alik Yunusov
Binə qəsəbə stadionu
14:30. "Mingəçevir" – "Baku Sportinq" - 1:0
Qollar: S.Oqunmola, 16
Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
16:00. "Xankəndi" – "Karvan-Yevlax" - 0:2
Qollar: İ.Əliyev, 67, O.Onyeka, 77
Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev
Xankəndi şəhər stadionu