"Karvan-Yevlax" 3 legioneri ilə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yevıax klubu İmani Barker, Olavale Doyeni və Moise Nqvisani ilə başa çatan müqaviləni yeniləməyib.
Qeyd edək ki, Barker Yevlax təmsilçisinin heyətində 24 oyun keçirib, 2 qola imza atıb. Doyeni və Nqvisani 2025/2026 mövsümünün əvvəlində komandaya transfer olunublar.