Karlo Ançelotti 2014-cü ildə "Real"ın baş məşqçisi olduğu dövrdə vergidən yayındığı üçün 12 ay həbs cəzası alıb.
İdman.biz xəbər verir ki, İspaniya məlumatına görə, onun cəzası şərti olacaq.
İtaliyalı mütəxəssis 386 min avro cərimələnib. Aprelin 2 və 3-də Madrid Əyalət Məhkəməsində keçirilən iclasda Ançelotti vergi orqanlarını aldatmaq niyyətində olmadığını bildirərək, özünü müdafiə edib. 66 yaşlı çalışdırıcı klubun və müşavirlərinin göstərişlərinə əməl etdiyini deyərək bəraət hökmünün çıxarılmasını istəyib. O, təqsirli bilinəcəyi təqdirdə yüngülləşdirici halların nəzərə alınmasını istəyib.
Madrid Əyalət Məhkəməsinin qərarına əsasən, italyan məşqçi 2015-ci ildə imic hüquqlarından əldə edilən gəlirlə bağlı mümkün vergi ödənişlərindən azad edilib.
Qeyd edək ki, 2013-2015-ci və 2021-2025-ci illərdə "Real"a başçılıq edən üç dəfə Çempionlar Liqası, bir dəfə UEFA Superkuboku, iki dəfə isə FİFA Klublararası Dünya Kuboku, La Liqa, İspaniya Kral Kuboku və İspaniya Superkubokunun qalibi olub.
İdman.biz