"Ayaks"ın müdafiəçisi Ahmetcan Kaplan ölkəsinə qayıda bilər. Sport24.az xəbər verir ki, "Qalatasaray" türkiyəli futbolçunu transfer etmək istəyir.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
İstanbul nəhəngi Ahmetcan üçün "Ayaks"la danışıqlara başlayıb. Niderland klubu 22 yaşlı mərkəz müdafiəçisi üçün 6,5 milyon avro tələb edir.
Qeyd edək ki, "Ayaks" Ahmetcan Kaplanı 2022-ci ilin yayında "Trabzonspor"dan transfer edib. Türkiyə millisinin üzvü ötən mövsüm Amsterdam təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.