Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
İdman.biz xəbər verir ki, o, UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Aktobe" (Qazaxıstan) - "Legiya" (Polşa) görüşünün hakim-inspektoru olacaq.
İyulun 17-də keçiriləcək qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda baş tutacaq. Oyun 20:00-da start götürəcək.
Qeyd edək ki, Babək Quliyev iyulun 24-də Konfrans Liqasının II təsnifat mərhələsində Serbiyada "Novi Pazar" və Polşanın "Yagelloniya" komandaları arasında keçiriləcək ilk oyunun da hakim-inspektoru olacaq.
İdman.biz