top
Kamilo Duran Qarabağdakı gələcəyi, müqaviləsi və komandadakı ruh barədə danışdı Idman.biz
10 may 2026, 11:12
- ↺ +

Kamilo Duran "Qarabağ"dakı gələcəyi, müqaviləsi və komandadakı ruh barədə danışdı

"Bütün düşüncələrim "Qarabağ"la bağlıdır. Hələ klubla iki illik müqaviləm var".

Bu sözləri "Qarabağ"ın kolumbiyalı futbolçusu Kamilo Duran deyib.

24 yaşlı yarımmüdafiəçi Azərbaycandan ayrılması ilə bağlı yayılan söz-söhbətlərin həqiqəti əks etdirmədiyini bildirib.

"Mövsümün sonunda nə baş verəcəyini deyə bilmərəm. Amma kluba bağlıyam və müqaviləm davam edir", - deyə o, teleqraf.az-a açıqlamasında söyləyib.

Duran Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə "Qəbələ"yə qarşı keçirdikləri oyun (1:1) barədə də fikirlərini bölüşüb:

"Çətin oyun olacağını bilirdik. Təəssüf ki, qələbə qazana bilmədik. Növbəti oyuna hazırlaşmaq lazımdır. Dincəlib, qarşıdakı matça hazırlaşacağıq".

O, komandada çempionluq əldən getdikdən sonra əvvəlki ruhun qalmaması ilə bağlı fikirlərə də münasibət bildirib:

"Qətiyyən belə şey yoxdur. Hansı komanda məğlub olmaq istəyər?! "Qarabağ" həmişə qələbə qazanmağa öyrəşmiş komandadır. Amma bəzən alınmır".

Legioner futbolçu Azərbaycan Kubokunun finalında "Sabah" -"Zirə" oyunu ilə bağlı da danışıb: "Finalda heç bir komandanı dəstəkləməyəcəyəm. Ən yaxşı olan qalib gəlsin".

Qeyd edək ki, Kamilo Duran ötən yay Portuqaliyanın "Portimonense" klubundan "Qarabağ"a keçib. O, cari mövsümdə Azərbaycan Premyer Liqasında 29 oyuna çıxaraq 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. UEFA Çempionlar Liqasında isə 10 matçda 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:32

Alexandro Balde “Barselona”dan ayrılmaq istəmir

Futbol
Bu gün, 03:25

Usman Dembele Fransa millisindəki çıxışı ilə bağlı tənqidlərə sakit yanaşdığını bildirib

Futbol
Bu gün, 01:13

“Chelsea” Aleks Skott üçün mübarizədə önə çıxır

Futbol
Bu gün, 00:51

UEFA Millətlər Liqası IV tur: Portuqaliya Norveçdən qalib, Almaniya Yunanıstanla 0:0 bərabərlik

Futbol
Dünən, 23:18

Pari Nijnı Novqorod qapıçısı İslam İmamov Azərbaycan millisinə dəvət ala bilər

Futbol
Dünən, 23:06

“Atletiko” yeni ölkələrdən futbolçularla heyətini gücləndirir

Futbol
Dünən, 21:38

“Barselona” üç futbolçu ilə müqavilə şərtlərini yeniləyir

Futbol
Dünən, 20:45

Litva millisinin baş məşqçisi: Hakimlərin VAR qərarları Azərbaycan millisinin xeyrinə idi

Futbol
Dünən, 19:45

Mahir Emreli: Litva üzərində 1-0 qalibiyyət qrupun ən vacib qələbəsi ola bilər

Futbol
Dünən, 17:57

Azərbaycan U17 qadın futbol komandası AVRO‑2027 seçmə mərhələsində sonuncu yerə düşdü

Gimnastika
Dünən, 17:36

Maqsud Mahsudov və Hüseyn Abbasov Dünya Kubokunda bürünc medal qazandı

Qarabağ FK
Dünən, 17:27

Xankəndi futbol klubunda yeni köməkçi məşqçi Aydın Qasımov təyin olundu

Futbol
Dünən, 12:33

Litva millisinin sabiq məşqçisi: Azərbaycan futbolu geriləyir

Futbol
Dünən, 11:59

Juventus, Atalanta'nın sol müdafiəçisini transfer siyahısına əlavə edib

Futbol
Dünən, 11:30

Neftçi və Spartak (Vilnius) komandalarının veteranları 75 ildən sonra Tofiq Bəhramov stadionunda görüşəcək

Cüdo
Dünən, 11:00

Dünya cüdo çempionatı Bakıda başladı: İlk gündə 4 azərbaycanlı tatamiyə çıxdı

Qarabağ FK
Dünən, 10:30

Kamilo Duran Kolumbiya millisinin yığmasında ilk dəfə meydan gördü

Futbol
Dünən, 09:42

Argentina futbol millisi Burkina-Fasoya 7-0 məğlubiyyət verdi

Futbol
Dünən, 07:11

Yamal yenə altıncı dəqiqədən əvvəl qol vurdu

Futbol
Dünən, 06:31

Finlandiya millisinin baş məşqçisi Ronaldoya zarafat etdi, jurnalistlər sükutla qarşıladı

Futbol
Dünən, 05:27

Biliç 0:7 məğlubiyyətdən sonra emosional açıqlama verdi: “Bu oyunu unutmamaq lazımdır”

Futbol
Dünən, 04:19

Brunu Fernandeş Ronalduyu müdafiə edərək Portuqaliya Futbol Federasiyasını problemi həll etməyə çağırır

Futbol
Dünən, 01:34

Klopp Yunanıstanın qələbəsini layiqli hesab edir, revanş öncəsi hazırdır

Futbol
Dünən, 00:53

Tuchel: “7-0 qələbə zamanı oyun bir an belə dayanmadı”

Oxşar xəbərlər