top
Kamal Quliyev yenidən xəstəxanada: Dəstək olanlar və üz çevirənlər Idman.biz
04 mart 2026, 12:46
- ↺ +

Kamal Quliyev yenidən xəstəxanada: Dəstək olanlar və üz çevirənlər

Səhhətində ciddi problemlər yaranan Azərbaycan millisinin və "Neftçi"nin sabiq üzvü Kamal Quliyev yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə veteran futbolçu özü məlumat verib.

O, artıq dörd gündür ki, AFFA-nın dəstəyi ilə Sumqayıt şəhərindəki klinikalardan birində müalicə aldığını bildirib.

"Bütün analizlər yenidən təkrarlanır. Gün ərzində sistemlər vurulur, dərmanlar qəbul edirəm. Klinikada mənə çox yaxşı baxırlar. Onlara təşəkkür edirəm. Hələ ki, hər şey normal gedir. Görək sonu necə olacaq", - deyə o, qol.az-a açıqlamasında bildirib.

K.Quliyev qeyd edib ki, müalicəsi bitdikdən sonra əməliyyat oluna bilər:

"Hər şey Allahın əlindədir, möcüzə də baş verə bilər. Məndə qaraciyər sirrozu idi. İki kurs müalicə olundum. Həkimlərin dediyi kimi pəhriz saxladım. Əməliyyata qədər yenidən müalicə olunmalıyam. Müalicənin sonunda analizlər olacaq və həkimlərin qərarı bilinəcək. Ümidimi üzmürəm, Allah hamının köməyi olsun, o cümlədən də mənim".

K.Quliyev ona maddi və mənəvi dəstəyini göstərən insanlar haqda da danışıb:

"Mən AFFA-ya təşəkkürümü bildirirəm. Çünki mənim müalicəmi federasiya öz üzərinə götürüb. Burdan AFFA prezidentinə, baş katibə və bütün rəhbərliyə təşəkkür edirəm. Nə yaxşı ki, Azərbaycan futbolunun başında belə insanlar var. Keçmişi unutmurlar. Keçmişi unudan gələcəyə baxa bilməz. İnsan özünü güvəndə hiss edəndə, arxalandığı yerin olduğunu biləndə çox xoşbəxt olur. Görürsən ki, illərini əbəs yerə Azərbaycan futboluna həsr etməmisən. Çünki bu gün sənə sahib çıxan belə bir qurum, səni tək buraxmayan belə insanlar var. Hamısına öz təşəkkürümü bildirirəm.

Başda Qurban Qurbanov olmaqla keçmiş komanda yoldaşlarıma minnətdaram. Mənim ilk müalicəmdə çox kömək etdilər. Qurban Qurbanov bu günə qədər də köməyini əsirgəmir. Özü xahiş etdi ki, bunu heç kimə deməyim. Amma qoy bəzi nadanlar, alçaqlar, illərlə bir qabdan çörək yediyimiz, çiyin-çiyinə mübarizə apardığımız insanlar bilsinlər ki, həyatda Qurban kimi kişilər var. Ramiz Məmmədov, İlham Yədullayev, Ayxan Abbasov, Kənan Kərimov, Zaur İsmayılov, Vadim Vasilyev, Arif Əsədov, Yunis Hüseynov, Ruslan Abışov, "Sumqayıt" və "Neftçi" klubları başda rəhbərlik olmaqla ilk gündən yanımda idilər. "Neftçi"nin sürücüsünə qədər mənimlə maraqlandı, dəstək oldu. Hamısını bağrıma basıram. Adlarını unuda biləcəyim dostlar da var ki, hamısına təşəkkür edirəm. Çünki indi o vəziyyətdə deyiləm. yadımdan çıxan ola bilər".

K.Quliyev bildirib ki, bu çətin gündə ona üz çevirən insanlar da olub:

"Bəlkə də, Allah məni sınağa çəkir, bu dünyada yalançı dostları imtahan edir. Dostlar, yoldaşlar dar gündə tanınar. Kişilər çətin gündə üzə çıxar. Nakişilər isə qaçıb gizlənər. Həqiqədən də bu söz çox düzgün imiş. Onun üçün hər şey etdiyim, evimi belə verdiyim insanlar var ki, məni darda qoydu. Onsuz da onları futbol ictimaiyyəti yaxşı tanıyır. Amma qoy elə adlarını çəkməyim, sirr olaraq qalsın. Mən bu barədə danışmağa, adlarını çəkməyə utanıram, amma onlar rahatdırlar. Yəqin ki, bu imtahandan üzüağ çıxaram. İnanıram ki, o insanlara görə bu sınaqdan keçəcəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Oxşar xəbərlər