top
Juninyo: “Gələcəyi müəyyənləşdirmək əlimdə deyil” İdman.biz
02 iyun 2024, 23:55
- ↺ +

Juninyo: “Gələcəyi müəyyənləşdirmək əlimdə deyil”

"Mövsümdən öncə qarşımıza qoyduğumuz hədəflərə çatdıq".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Olavio Juninyo deyib.

28 yaşlı braziliyalı hücumçu Azərbaycan kubokunun finalında "Zirə"yə 2:1 hesabı ilə qalib gəldiklər matçı dəyərləndirib. O bildirib ki, zəhmətlərinin bəhrəsini görüblər: "Kubokun və çempionatın qalibi olduq. Çox sevincliyik. Qarşıda təxminən 1 aydan sonra daha nüfuzlu yarış başlayır. Bu yarışlara böyük məsuliyyətlə hazırlaşacağıq".

O, yeni mövsümdə "Qarabağ"da qalib-qalamaması ilə bağlı sualı da cavablandırıb: "Qarabağ"la iki illik müqaviləm var. Gələcəyi müəyyənləşdirmək mənim əlimdə deyil, Allaha məxsusdur. Ona görə sadəcə istirahət haqqında düşünürəm".

Onun sözlərinə görə, Premyer Liqada titulu qazanandan sonra oyunlara köklənmək asan olmur: "Buna baxmayaraq, məşqçimiz həmişə çalışırdı ki, bizə motivasiya versin və oyunlara kökləsin. Mövsümün uğurlu nəticələndiyi üçün çox sevinciliyik".

Qeyd edək ki, finalda da fərqlənən Juninyo 20 qolla Premyer Liqanın bombardiri olub.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Oxşar xəbərlər