top
Jorj Kaşkilya: İki oyunda bu qədər qol buraxacağımızı gözləmirdik Sport24.az
20 mart 2026, 21:36
- ↺ +

Jorj Kaşkilya: "İki oyunda bu qədər qol buraxacağımızı gözləmirdik"

"İmişli" Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Neftçi"yə 0:6 hesabı ilə uduzub. Sport24.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirəm. Bütün günahı, cavabdehliyi öz üzərimə götürürəm. Əlbəttə ki, məntiqli olaraq əhvalımız pisdir. "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm.

 

- Novruz və Ramazan bayramıdır. Adətən baş məşqçilər bununla bağlı jurnalistləri və ictimaiyyəti təbrik edir. İstəyərədim ki, bununla bağlı məlumatlı olasız...

- Başa düşdüm, çox sağ olun. Təbrik edirəm.

 

- Ötən tur "Sabah" 5, bu gün isə "Neftçi" 6 qol vurdu. Növbəti oyun "Turan Tovuz"a qarşıdır. Yeddinci qola hazırsız?

- Bu sualla baş məşqçiyə qarşı hörmətsizlik edirsiz.

 

- Premyer Liqanın 22-ci turunun "Turan Tovuz"la (0:0) görüşündən sonra sual vermişdim ki, heyətin geniş olmamasına görə, çətinlik çəkə bilərsiz. Siz də bildirmişdiz ki, bəli, əziyyət çəkəcəyik, amma buna hazırıq. Artıq həmin ağır perioda daxil olduğunuzu deyə bilərik?

- Əlbəttə ki, neqativ fazanı keçirik. İki oyunda 11 qol buraxmışıq. Bir az gözlənilməz idi. Komandanın psixoloji durumu yaxşı idi. Bu qədər qol buraxacağımızı gözləmirdik. İki oyunun göstəricisi odur ki, biz erkən qollar buraxdıqdan sonra komanda emosional, köklənmə cəhətdən özünü itirir. "Sabah" və "Neftçi" kimi yüksək səviyyəli komandalar bundan istifadə edir. Buna baxmayaraq, futbolçularım əllərindən gələni edirlər. Həmin futbolçulardır oynayanlar. Sona qədər də mübarizəmiz davam edəcək. Hazırda baş verən fasilə bizə xeyirli olacaq ki, komanda bu cür məğlubiyyətlərdən sonra psixoloji olaraq özünə gələ bilsin.

 

- "Kəpəz" son qələbəsindən sonra "İmişli"yə çatmağa yaxındır. Premyer Liqada qala bilməmək təhlükəsi hiss edirsiz?

- Heç vaxt şübhəm olmayıb ki, Premyer Liqada qalmayacağıq. Biz toparlanacağıq, bərpa olacağıq və öz məqsədlərimizə doğru gedəcəyik.

 

- Mövsümün əvvəlində "İmişli" daha çox yerli futbolçuları oynatmaqla seçilirdi. Amma sonradan daha çox legionerlər oynamağa başladı. Belə düşünmək olar ki, yerlilər xarici futbolçulardan daha keyfiyyətlidir?

- Bu, onunla bağlı deyil. Kimsə bir-birindən güclüdür, deyə bilmərik. Legionerlərimiz və yerlilər arasında zədəlilərimiz var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər