"Milan"ın və Fransa millisinin hücumçusu Olivye Jiru MLS klublarından "Los Anceles"lə müqavilə imzalayıb.
Sport24.az xəbər verir ki, 37 yaşlı futbolçunun müqaviləsi uzadılma variantı ilə il yarım davam edəcək. Onun maaşı illik 3 milyon avro olacaq.
Jiru "Los Anceles"ə 2024-cü il Avropa çempionatından sonra, azad agent kimi qoşulacaq.