Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" futbolçusunu icarəyə göndərib. Sport24.az xəbər verir ki, söhbət Ruben Vezodan gedir.
30 yaşlı müdafiəçi "Eyüpspor"la anlaşıb. O, mövsümün sonuna qədər Super Liqa klubunda çıxış edəcək.
"Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 2025-ci il yanvarın 31-də "Olimpiakos"la Yunanıstanda üz-üzə gələcək.