top
Vaqif Sadıqov: “Millini tənqid etmək lazım deyil” İdman.biz
06 sentyabr 2024, 17:11
- ↺ +

Vaqif Sadıqov: “Millini tənqid etmək lazım deyil”

"Ümidimiz çox böyük idi".

Bunu İdman.bizə AFFA-nın sabiq vitse-prezidenti Vaqif Sadıqov deyib.

O, Millətlər Liqasının I turunda Bakıda keçirilən Azərbaycan-İsveç (1:3) qarşılaşmasını şərh edib. Sadıqov bildirib ki, millimiz oyunda məğlub olsa da, rəqibdən çəkinmədən açıq futbol nümayiş etdirib: "Açıq futbolda mütləq balanslaşdırılmış oyuna ehtiyac var. Hücumda da, müdafiədə də eyni səpkidə oynamalı və dəqiq olmalısan. Biz hücumda aqressiv olsaq da, çoxlu epizodlar yaransa da, bunun cəmi birini qola çevirə bildik. Ancaq rəqib vəziyyətdən maksimum istifadə edərək, qapımızdan 3 top keçirdi. Bu oyun onu göstərdi ki, komandanın üzvləri özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırdılar. Məğlub duruma düşəndə də yığmamız ruh düşkünlüyü keçirərək bunda sonra mübarizə apara bilməyəcəklərini zənn etdilər. Amma futbolçularımız 3:0-ın qarşısında özünü toparlayaraq rəqib komandanın qapısından qol keçirdi".

Onun sözlərinə görə, ilk oyun olduğu üçün yığmanı qınamaq lazım deyil: "Onlar əllərindən gələni etdilər. Az bir müddətdə yeni baş məşqçi Fernandu Santuşla məşq etdilər. Oyun planında yeni cizgilər hiss olunurdu. Dəyişikliklər gözə çarpırdı. Az bir zamanda birdən-birə nəsə olmur. Bu gün Millətlər Liqası Santuşun futbolçularla tanışlqı ərəfəsidir. Əsas iş bu oyunlardan sonra başlayacaq. Komanda da başa düşür ki, azarkeşlərin ona ümidləri çoxdur".

Qeyd edək ki, yığmamızın növbəti görüşü Slovakiya yığması ilə sentyabrın 8-də Koşitse Futbol Arenasında baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Oxşar xəbərlər